Əməliyyatçı mühasib

Tam Ştat

Orta Səviyyə

650 AZN-dən

Yerləşdirilib 26 may 2026

Son Tarix: 21 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Müştərilərə təqdim olunan mallar və xidmətlər üzrə hesab-fakturaların və qaimə-fakturaların tərtib edilməsi.

  • Elektron qaimələrin (e-qaimə) düzgün və vaxtında sistemə daxil edilməsi və göndərilməsi.

  • Satış müqavilələrinin və digər əlaqəli sənədlərin hazırlanması və arxivləşdirilməsi.

  • Satış əməliyyatlarının 1C, ERP və ya digər mühasibat proqramlarında qeydiyyatı və izlənməsi.

  • Nağd və qeyri-nağd satışların dəqiq uçotu və sənədləşdirilməsi.

  • Gündəlik satış əməliyyatlarının yoxlanılması və uyğunluğunun təmin edilməsi.

  • Müştəri borclarının və ödənişlərinin gündəlik izlənməsi, ödəmə sənədlərinin yoxlanılması.

  • Müştəri ilə üzləşmə aktlarının hazırlanması və razılaşdırılması.

  • Gecikmiş ödənişlər üzrə xəbərdarlıqların və hesabatların hazırlanması.

  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

  • Satış göstəricilərinin təhlili və trendlərin müəyyən edilməsi.

  • Satış komandası ilə sıx əməkdaşlıq edərək sifarişlərin və satış proseslərinin uyğun şəkildə aparılmasına dəstək verilməsi.

  • Anbar və logistika şöbələri ilə koordinasiya edərək məhsul hərəkətlərinin düzgün qeydiyyatını təmin etmək.

  • Müştəri xidmətləri və digər əlaqəli şöbələrlə əməkdaşlıq edərək müştəri məmnuniyyətini artırmaq.

  • Satışla bağlı bütün sənədlərin düzgün arxivləşdirilməsi və istənilən vaxt əldə olunacaq vəziyyətdə saxlanılması.

  • Saışa aid elektron və fiziki sənədlərin təhlükəsizliyinin təmin edilməsi.

  • Birbaşa rəhbəri tərəfindən verilən sahə üzrə digər tapşırıqların yerinə yetirilməsi.

Əsas tələblər:

  • Yaş: 21-25

  • Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili

  • Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.

  • Microsoft Office proqramlarında işləmə bacarığı.

  • ERP və digər mühasibat proqramlarında işləmək bacarığı

  • Analitik düşüncə və detallara diqqət.

  • Məsuliyyətlilik və operativlik.

  • Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı.

  • Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı.

İş şərtləri:

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər

  • Əmək haqqı: 650-700 AZN.

  • İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir. Seçim zamanı əsasən bu ərazidə yaşayanlara üstünlük verilir.

  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini qeyd olunan elektron ünvanına mövzu yerinə Əməliyyatçı mühasib*”** yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Caspian Cable Systems

Caspian Cable Systems

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17788

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Mühasib

Tam Ştat

Vəzifə öhdəlikləri: Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil İnternet banking üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi) və digər ödənişlərin icrası Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması Online kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi Sorğu olduqda mağaza stokunun proqramdan çıxarılması Vəzifə üzrə tələblər: **Yaşı:**20-30 yaş **Təhsil tələbləri:**Bakalavr/mühasibatlıq sahəsi üzrə **Staja dair tələb:**ən azı 1-2 il (mühasibatlıq sahəsində çalışması üstünlükdür) İxtisas səriştələri: Məsuliyyətlilik Diqqətlilik Operativlik Dəqiqlik Kompüter biliklərinə dair tələblər: MS Office Logix 1C Dil bilikləri: Azərbaycan dili əla səviyyədə olmalı. Rus və İngilis dili isə arzuolunandır. İş şərtləri: 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər /6-cı gün qısa iş günü Əmək haqqı: 1000-1100 AZN İş yeri - Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini qeyd olunan elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.