Əməliyyatçı-kassir
Bakı,, Abşeron, rayonu
Tam Ştat
Orta Səviyyə
400 AZN-dən
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 21 yanvar 2026
Təsvir
“Güvənli” MMC Abşeron filialı üzrə Əməliyyatçı-Kassirvakansiyasını açıq elan edir!
Vəzifə öhdəlikləri:
Lombard daxili normativ sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Kommersiya sirri (lombard) təşkil edən məlumatların məxfiliyini qoruyub saxlayır;
Komputerdə Word, Excel, Outlook, İnternet Explorer proqramları ilə işləməyi bacarmalıdır
Kreditin sistemə işlənməsi;Ödənişlərin vurulması;
Kredit sənədlərinin düzgünlüyünə nəzarət;
Müştərilərə hesablaşma-kassa xidməti göstərmək;
Kassa dövriyyəsi haqqında hesabat hazırlamaq;
Nağd pul və digər qiymətlilərin mədaxil-məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
İş gününün sonunda nağd pul vəsaitlərini həmçinin qiymətliləri saymaq və hesabatını vermək;
Nağd pul,qiymətlilərin və bir sıra sənədlərin qəbulu,təhvil-təslimi, saxlanması və qorunması üzrə əməliyyatları aparmaq;
İş gününün sonunda gün ərzində aparılan mədaxil-məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırma;
Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən başlayaraq
Yaş : 22 – 35
Cins : Qadın
Maliyyə və iqtisadiyyat istiqamətli Ali təhsil , bu sahədə min 1 il iş təcrübəsi;
Analitik zəka, müştərilərlə işləmək bacarığı;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Komanda ilə işləmək bacarığı;
Pozitiv ünsiyyət bacarığı;
Microsoft Office proqramları ilə işləmək bacarığı.
İş rejimi:
6 günlük iş qrafiki;
A.R Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Vakansiyanın tələblərinə uyğun olan namizədlər CVlərini “Əməliyyatçı-Kassir” başlığı ilə hrguvenli@gmail.com elektron ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Güvənli MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2669
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə