Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 25 iyun 2026
Təsvir
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, risklərin idarə edilməsi, əlaqəli sahələr üzrə);
Dil bilikləri- Azərbaycan dili səlis, ingilis dili yüksək səviyyədə, rus dili arzuolunandır;
Minimum 1-2 il iş təcrübəsi (Sahə üzrə Maliyyə sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.);
Kompüter bilikləri: MS Office proqramları ( peşəkar səviyyədə );
Risklərin idarə olunması, daxili nəzarət və sığorta sahəsində sertifikatlar üstünlükdür;
Komandada işləmək və təqdimat bacarığı.
İş haqqında məlumat:
Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək;
Risklərin idarə edilməsi siyasətinə riayət edilməsinin monitorinqində iştirak etmək;
Risklərin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsinin hazırlanmasına köməklik göstərmək;
Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə şirkətin digər bölmələrindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
İnsidentlərin idarə olunması çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
Mövcud və yeni məhsul, xidmət, proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
Şirkətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak etmək;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis) qeyd edərək, qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Necə Müraciət Etmək Olar
Xalq Sığorta
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18450
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə