ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis / kiçik mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 12 mart 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Maliyyə Monitorinq Xidmətinə təqdim olunan hesabatların düzgünlüyünü yoxlamaq;
ƏL/TMM üzrə daxili təlim və maarifləndirmə tədbirlərində iştirak etmək;
Beynəlxalq sanksiyalar və qara siyahılar (OFAC, UN, EU sanksiyaları) üzrə yoxlamalar aparmaq;
Daxili normativ sənədlərin, siyasətlərin və prosedurların qanunvericiliyə uyğunluğunu qiymətləndirmək;
Yeni məhsul və xidmətlər üzrə compliance rəyini vermək;
ARMB, Maliyyə Monitorinq Xidməti və digər tənzimləyici qurumlardan daxil olan sənədləri təhlil etmək və icrası üzrə tövsiyələr vermək;
Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və aidiyyəti bölmələrə məlumat vermək;
Komplayens risklərini təhlil etmək və onların azaldılmasına dair tədbirlər təklif etmək;
Struktur bölmələrin fəaliyyətinin komplayens tələblərinə uyğunluğunu qiymətləndirmək;
Şübhəli əməliyyatların monitorinqini həyata keçirmək;
Yüksək riskli müştərilərlə bağlı sənədləşməni yoxlamaq və təhlil etmək.
Tələblər
Ali hüquqi və ya iqtisadi təhsil (komplayens, hüquq, maliyyə və əlaqədar sahələr üzrə);
Minimum 1 il iş stajı (bank sektorunda təcrübəyə üstünlük verilir);
ƏL/TMM, AML, CAMS və beynəlxalq sanksiyalar üzrə biliklər;
Azərbaycan Respublikasının maliyyə sektoru üzrə qanunvericiliyə bələd olmaq;
AR MB və Maliyyə Monitorinq Xidmətinin normativ sənədlərini bilmək;
Analitik düşüncə, araşdırma və sənədlərlə işləmə bacarığı;
Yüksək diqqətlilik, etibarlılıq və etik davranış;
Azərbaycan dili – səlis, ingilis və rus dilləri – arzuolunandır;
MS Office proqramlarında sərbəst işləmə bacarığı.
Əmək haqqı: Razılaşma yolu ilə
Müraciət qaydası:
Maraqlanan şəxslər CV-lərini “ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis/kiçik mütəxəssis” başlığı ilə göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
**Qeyd:**Göndərilən bütün CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.
Necə Müraciət Etmək Olar
GL ASC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8608
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə