Elektrik və zəif axın işləri üzrə layihəçi-mühəndis
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Elektrik və zəif axın sistemləri üzrə işçi layihələrin hazırlanması;
Layihələrin digər bölmələrlə koordinasiyasının təmin edilməsi;
Bina və qurğular üzrə elektrik sistemlərinin layihələndirilməsi;
Texniki standart və spesifikasiyalara uyğun mühəndis hesablamalarının aparılması;
Quraşdırma işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət;
AutoCAD və digər proqramlarda texniki cizgilərin hazırlanması;
Layihə üzrə ilkin məlumatların, tapşırıqların və hesabatların hazırlanması;
Layihələrdə dəyişikliklər zamanı müvafiq düzəlişlərin edilməsi;
Layihələrin qüvvədə olan SNİP və digər normativ sənədlərə uyğun hazırlanması;
Layihələrin ekspertiza və aidiyyəti dövlət qurumları ilə razılaşdırılmasında iştirak.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Mühəndis vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (digər dillər üstünlükdür);
MS Office (Word, Excel) və AutoCAD proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
BIM layihələrində iştirak arzuolunandır;
Tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı;
Həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: 09:00 – 18:00 (həftə içi 5 gün);
Əmək haqqı: 1500 – 2000 AZN;
Koroğlu metrosundan servis xidməti;
Könüllü tibbi sığorta;
Nahar şirkət tərəfindən təmin edilir.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Elektrik və zəif axın işləri üzrə layihəçi-mühəndis” qeyd etməklə göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13423
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+