Ana Səhifə
Vakansiyalar

Elektrik üzrə Texniki Servis Mütəxəssisi

Elektrik üzrə Texniki Servis Mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 19 yanvar 2026

Təsvir

  • İnzibati bina daxilində 0.4 kV elektrik şəbəkəsinin, paylayıcı xətlərin və bütün daxili elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;

  • Elektrik xəttlərinin, avadanlıqlarının və qurğularının quraşdırılması, təmiri və istismarı;

  • Hazır şəkildə quraşdırılmış elektrik sistemlərinə mütəmadi nəzarət və texniki monitorinqin aparılması;

  • Şəbəkə və avadanlıqlarda yaranan elektrik nasazlıqlarının operativ diaqnostikası və aradan qaldırılması;

  • Elektrik panellərinin (ATS, paylayıcı panellər, qrup panelləri və s.) texniki xidmətinin həyata keçirilməsi;

  • İnzibati obyekt daxilində profilaktik baxışların aparılması və risklərin vaxtında aşkar edilməsi;

  • Elektrik panellərinin yığılması, kabelçəkmə, markalanma və montaj işlərinin icrası;

  • Generator, UPS, stabilizator, işıqlandırma xətləri və digər köməkçi elektrik sistemlərinin yoxlanılması;

  • Texniki sənədləşmənin aparılması, görülən işlərlə bağlı hesabatların hazırlanması;

  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək.

Tələblər

  • Elektrik sahəsində minimum 2 il iş təcrübəsi (obyekt, inzibati bina və ya istehsalat sahəsində təcrübə üstünlükdür);

  • Elektrik sxemlərini və prinsipial planları oxumaq və başa düşmək bacarığı;

  • Elektrik avadanlıqları, paylayıcı panellər və qoruyucu avtomatlarla işləməkdə praktiki təcrübə;

  • Ölçü cihazları (multimetr, kleş, izolasiya ölçən cihaz və s.) və elektrik alətləri ilə sərbəst işləmə bacarığı;

  • Elektrik panellərinin yoxlanılması və nasazlıqların dəqiq müəyyənləşdirilməsi bacarığı;

  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmə bacarığı;

  • Sənədlərlə işləmə, texniki qeydlərin aparılması bacarığı.

İş şəraiti:

  • Növbəli iş rejimi, gündəlik 12 saatlıq iş;

  • Əmək haqqı: müsahibə əsasənda müəyyən ediləcək;

Uyğun namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına mövzu yerinə “Elektrik üzrə Texniki Servis Mütəxəssisi” yazaraq göndərə bilər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Capital Construction MMC

Capital Construction MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3240

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Anbardar

Tam Ştat

Vəzifə öhdəlikləri: Cəmiyyətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların uçotunu və hesabatını aparmaq; Struktur bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin icrasına nəzarət etmək və operativ təminatını həyata keçirmək; Anbarda mövcud olan materialların təsdiqlənmiş müraciətlər əsasında bölmələrə düzgün paylanmasını və bu əməliyyatların elektron sistemdə vaxtında qeydiyyatını təmin etmək; Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi əsasında material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və materialların təhvil-təslimini həyata keçirmək; Anbarda olan mal-materialların faktiki mövcudluğunu daimi nəzarətdə saxlamaq, dövri inventarizasiyalar aparmaq və azalan materiallar barədə bilavasitə rəhbəri vaxtında məlumatlandırmaq; Materialların müəyyən olunmuş saxlama və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin etmək; Materialların gündəlik sərfiyyatına nəzarət etmək və sistem üzrə düzgün uçotunu aparmaq; Hesabat dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu barədə yazılı şəkildə bilavasitə rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq. İş şəraiti: İş yeri: Lökbatan qəs., Xacəsən yolu, 57 (Lökbatan dairəsinin yanı); İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 900-1100 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Namizədə dair tələblər: Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (tikinti və ya istehsalat sahəsində təcrübə arzuolunandır); Anbar uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb); MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı; Diqqətlilik, məsuliyyət və operativlik; Komanda ilə işləmək və riyazi təfəkkür. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə *Anbardar” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Bakı