Elektrik / Texnik
Bakı
Tam Ştat
Orta Səviyyə
800 - 1.200 AZN
Yerləşdirilib 20 yanvar 2026
Son Tarix: 28 fevral 2026
Təsvir
Şərtlər:
Əmək Məcəlləsinə əsasən sənədləşmə
Həftədə 5 günlük iş rejimi (həftəiçi 08:00 dan-17:00 dək)
Şənbə və bazar istirahət günləri
Nahar fasiləsi: 12:00 dan-13:00 dək
Nahar və servis (nəqliyyat) şirkət tərəfindən təmin olunmur
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaq
İş yeri ünvanı: Salyan şossesi, 17-ci km
Uyğun namizədlər öz CV-lərini "hr@hieng.az" elektron poçt ünvanına "Elektrik" başlığı ilə göndərsinlər.
İş haqqında
Alətlərdən düzgün istifadə etmək qaydalarını bilmək
Elektriklə işləyən avadanlıqların təhlükəsiz və təyinatı üzrə istifadə olunmasını bilmək
Elektrik işləri ilə bağlı mal-materialların adlarını bilmək
Elektrik kabelləri, növləri, təsnifatı
Elektrik motoru, növləri və iş prinsipi
Elektrik sxemləri və onun oxunması
Qoruyucular, relelər, kontraktorlar və transformatorların növləri və iş prinsipləri
Müvafiq sahə üzrə ali təhsil
Sertifikatların olması üstünlükdür.
Tələblər
Baş mühəndis/mühəndis qarşısında məsuliyyət daşımaq və onun bütün göstərişlərini keyfiyyətli şəkildə yerinə yetirmək
Elektriklə işləyən avadanlıqlara gündəlik, həftəlik, aylıq, rüblük, illik baxış keçirmək və onlara xidmət işlərini yerinə yetirmək
Nasaz elektriklə işləyən avadanlıqların sənədlərini hazırlayıb təmirə yararlıları təmir etmək, təmirə yararsızların sənədlərini baş mühəndisə/mühəndisə təhvil vermək
Avadanlıqların təmiri üçün lazım olan elektrik hissələrinin hazırlanmasını təşkil etmək
Xidmət və layihələrin yerinə yetirilməsi vaxtı lazım olan çatışmayan elektriklə işləyən avadanlıqların sertifikatlarının hazırlanmasını təşkil etmək
Elektriklə işləyən avadanlıqlara baxış keçirib qüsurların aradan qaldırılmasını təşkil etmək
Bütün elektriklə işləyən avadanlıqların torpaqlanmasına (yerləbirləşməsinə) nəzarət etmək və torpaqlaşmanı (yerləbirləşməsi) təşkil etmək
Görülən hər bir işi şirkətin iş prosedurlarına uyğun yerinə yetirmək
İşlərin tamamlanması ilə bağlı olaraq iş yerinin yüksək standartlara uyğun sürətdə təmiz və səliqəli saxlanmasını təmin etmək
Elektrik çertyojlarını çəkmək, onların icrasına nəzarət etmək.
Necə Müraciət Etmək Olar
"Hidroservice Engineering" LLC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5856
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə