Elektrik montyoru (Biləcəri, Sumqayıt)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 28 yanvar 2026
Təsvir
Qəza-bərpa və plan-xəbərdarlıq işlərində iştirak etmək;
Kontakt şəbəkənin bütün qurğularını yoxlamaq və təmir etmək;
İş aparılan zaman texniki təhlükəsizliyi təmin etmək;
Qatarların fasiləsiz hərəkətinə təhlükə yaradan bütün nasazlıqlar və çatışmamazlıqlar barədə dispetçerə məlumat vermək;
Təmas şəbəkəsində yaranmış nasazlıqları aradan qaldırmaq;
Təmas şəbəkəsində bərpa vasitələrinin istismara yararlılığına və daimi hazırlığına nəzarət etmək;
Elektrik cərəyanı vurma halında təhlükəsizlik qaydalarına riayət etməklə zərərçəkmiş şəxsə təcili ilkin tibbi yardım göstərmək;
Növbəli iş rejimi.
Tələblər
Təhsil: müvafiq sahə üzrə peşə təhsili;
Seksiyalanma və qidalanma qəza sxemlərinə dair biliklər;
Kontakt şəbəkə sxemlərinin oxunma qaydaları;
Kontakt şəbəkəsinin uzununa və eninə tənzimlənmə üsulları;
Kabel xətlərinin təmiri, sökülməsi və quraşdırılmasına dair biliklər;
Texniki Təhlükəsizlik, Əməyin mühafizəsi, Yanğından mühafizə üzrə norma və qaydaları;
Kontakt şəbəkəsi qurğularının texniki istismar qaydaları;
İlkin tibbi yardım qaydalarına dair biliklər.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4942
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+