Elektrik işləri üzrə Briqadir/Supervayzer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Tikinti sahəsində elektrik quraşdırma işlərinin gündəlik icrasına təsdiq olunmuş çertyojlara, texniki spesifikasiyalara və iş qrafiklərinə uyğun şəkildə nəzarət etmək və koordinasiya etmək.
Elektrik texnikləri, elektrik ustaları və köməkçiləri rəhbərlik etmək, iş bölgüsü aparmaq və işlərin səmərəli və təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək.
Elektrik işlərinin layihə keyfiyyət standartlarına, təhlükəsizlik qaydalarına və şirkət prosedurlarına uyğun şəkildə aparılmasını təmin etmək.
Sahə elektrik mühəndisləri və digər sahə üzrə əməkdaşlarla koordinasiya apararaq sahə problemlərini həll etmək və işlərin toqquşmasının qarşısını almaq.
Sahədə işçi qüvvəsinin məhsuldarlığını, material istifadəsini və iş keyfiyyətini izləmək.
Elektrik material və avadanlıqlarının düzgün saxlanılmasını, daşınmasını və quraşdırılmasını təmin etmək.
Sahədə yaranan problemləri, texniki məsələləri və ya gecikmələri müəyyən etmək və dərhal Elektrik sahə mühəndisinə məlumat vermək.
Elektrik sistemlərinin sınaq, yoxlama və istismara verilmə (commissioning) işlərinə dəstək göstərmək.
Tələblər
TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Təhsil:
Elektrik işləri üzrə texniki təhsil arzuolunandır.
İxtisas sahələri üzrə biliklər:
Elektrik quraşdırma işləri, sahə nəzarəti, çertyojların oxunması və əsas sınaq işlərinə dəstək.
İş təcrübəsi:
Elektrik işləri üzrə 5–7 il iş təcrübəsi.
Dil və kompüter bilikləri (Microsoft Office):
Azərbaycan dili – sərbəst; ingilis dili – başlanğıc səviyyə üstünlükdür.
XÜSUSİ TƏLƏBLƏR
Güclü komanda idarəetmə bacarıqları
Elektrik təhlükəsizlik qaydaları üzrə yaxşı bilik
Sahə şəraitində işləmək və işləri vaxtında təhvil vermək bacarığı
Tikinti sahəsində fiziki iş üçün sağlam və uyğun olmaq
Necə Müraciət Etmək Olar
Pasha Real Estate
Other
PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16386
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+