Elektrik avadanlıqlarının montyoru (təmir,xidmət)
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi istehsalat sahəsində elektrik avadanlıqlarının fasiləsiz, təhlükəsiz və etibarlı istismarının təmin edilməsi, planlı və cari təmir işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərməyi nəzərdə tutur.
İş rejimi:
Növbəli / gündəlik (müəssisənin daxili qaydalarına uyğun)
Xüsusi şərtlər:
Yüksək riskli istehsalat sahəsində təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
Fiziki cəhətdən sağlamlıq;
Sənaye avadanlıqları (nasoslar, kompressorlar, separatorlar və s.) ilə işləmə bacarığı.
Biz təklif edirik:
Şirkət tərəfindən təmin olunan nahar;
Könüllü tibbi sığorta;
Gediş-gəliş üçün nəqliyyat;
Müraciət üçün: CV-nizi mövzu sətrində “Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru” qeyd etməklə hr.group@ekol.az ünvanına göndərə bilərsiniz.
İş haqqında
Təhsil:
Elektrik, energetika və ya elektrotexnika ixtisası üzrə orta ixtisas və ya peşə təhsili;
Elektrik təhlükəsizliyi üzrə müvafiq sertifikat (ən azı III və ya IV qrup).
İş təcrübəsi:
İstehsalat və ya sənaye müəssisəsində minimum 2–3 il iş təcrübəsi;
Elektrik mühərrikləri, paylayıcı qurğular və avtomatika elementləri ilə iş təcrübəsi;
0,4 kV və ya 6/10 kV şəbəkələrdə iş bacarığı.
Bilik və bacarıqlar:
Elektrik sxemlərini oxuma və tətbiq etmə bacarığı;
Elektrik ölçü cihazlarından (multimetr, meqaommetr və s.) istifadə bacarığı.
Şəxsi keyfiyyətlər:
Məsuliyyətlilik və intizam;
Komandada işləmək bacarığı;
Operativ qərarvermə qabiliyyəti;
Texniki sənədlərlə işləmək bacarığı.
Tələblər
Elektrik avadanlıqlarının təmiri və texniki xidmətinin həyata keçirilməsi;
Güc və işıqlandırma şəbəkələrinin montajı və təmiri;
Elektrik mühərriklərinin qoşulması, diaqnostikası və təmiri;
Qısaqapanma, torpaqlama və izolyasiya ölçmələrinin aparılması;
Avtomat açarlar, kontaktorlar, relelər və qoruyucu qurğularla işləmək;
Elektrik nasazlıqlarının operativ aşkar edilməsi və aradan qaldırılması;
Qəza hallarında operativ müdaxilə edilməsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi.
Necə Müraciət Etmək Olar
"Ekol Mühəndislik Xidmətləri" QSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14476
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə