Ana Səhifə
Vakansiyalar

Elektrik avadanlıqları üzrə texnik

Elektrik avadanlıqları üzrə texnik

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 yanvar 2026

Son Tarix: 5 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Maşın və binaların infrastrukturunda hissə və alt qurğularının sökülməsi və yığılması;

  • Elektrik panelləri, şalterlər, sobalar, kameralar, generatorlar və digər avadanlıqlara texniki xidmət göstərilməsi;

  • İstehsalatda baş verə biləcək elektrik nasazlıqlarının qarşısının alınması məqsədilə mütəmadi yoxlamaların aparılması;

  • Profilaktik texniki baxış və qulluq işlərinin icrası;

  • Avadanlıqların işləmə prinsiplərinə uyğun olaraq istehsalçının texniki təlimatları və təhlükəsizlik qaydalarına əsasən təmir və baxım işlərinin yerinə yetirilməsi;

  • İş yerində və ətraf mühitdə təmizliyə riayət olunması;

  • Təhlükəli sahələrdə, o cümlədən hündürlükdə və dar məkanlarda təhlükəsizlik qaydalarına uyğun işləmək;

  • Ağır hissələrin daşınması zamanı forklift operatoru ilə təhlükəsizlik qaydalarına uyğun əməkdaşlıq etmək;

  • Görülən işlər üzrə gündəlik qeydiyyat aparmaq və hesabatlar hazırlamaq;

  • Texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək;

  • Yerinə yetirilən işlər və işin gedişatı barədə birbaşa rəhbərinə mütəmadi məlumat vermək.

Tələblər

  • Elektrik ixtisası üzrə peşə təhsilli (ali və ya texnikum təhsilli namizədlər də qəbul olunur);

  • İstehsalat sahəsində elektrik üzrə azı 3 il iş təcrübəsi;

  • Sənaye və istehsalat mühitində iş təcrübəsi üstünlükdür;

  • Office proqramları üzrə əsas kompüter bilikləri;

  • Elektrik kabellərinin quraşdırılması üzrə biliklər;

  • Kontrollerlər, sensorlar və avtomatik idarə olunan klapanlar haqqında biliklər (üstünlükdür);

  • Ehtiyat hissələrinin təchizatı və qiymət təkliflərinin alınması üzrə biliklər;

  • Kompressorlar və elektrik mühərriklərinin təmiri sahəsində biliklər (üstünlükdür);

  • Hündürlükdə və dar məkanlarda işləmək bacarığı;

  • Yüksək gərginlikdə əməliyyat aparmaq təcrübəsi;

  • İngilis dilində orta səviyyədə oxu, yazı və danışıq bacarığı.

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4110

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Mexaniki Təmir üzrə texnik

Tam Ştat

Vəzifə öhdəlikləri: İstehsalat xəttində istifadə olunan avadanlıqların və maşınların hissə və alt qurğularının sökülməsi və yığılması; İstehsalat prosesində yarana biləcək mexaniki nasazlıqların əvvəlcədən aşkarlanması və qarşısının alınması məqsədilə mütəmadi texniki yoxlamaların aparılması; Profilaktik texniki xidmət işlərinin həyata keçirilməsi (yağlama işləri, filtr və keçələrin dəyişdirilməsi, nasos və klapanların yoxlanılması); Metal kəsmə, formalaşdırma və termiki emal proseslərində istifadə olunan avadanlıqlarda yaranan nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması; Avadanlıqların işləmə prinsiplərinə uyğun olaraq istehsalçının texniki təlimatları və təhlükəsizlik qaydalarına əsasən təmir və baxım işlərinin yerinə yetirilməsi; İş yerində və ətraf mühitdə təmizliyə və nizam-intizama riayət olunması; Təhlükəli sahələrdə, o cümlədən hündürlükdə və dar məkanlarda təhlükəsizlik qaydalarına uyğun şəkildə işləmək; Ağır hissələrin daşınması zamanı forkliftdən istifadə edərək təhlükəsizlik qaydalarına əməl etmək; Görülən texniki xidmət işləri üzrə gündəlik qeydiyyat aparmaq və müvafiq hesabatlar hazırlamaq; İstehsalatda texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək; Yerinə yetirilən işlər və işin gedişatı barədə birbaşa rəhbərinə mütəmadi məlumat vermək.

Bakı