Elektrik

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

1.     İstehsalat sahəsində elektrik avadanlıqlarının, naqil xətlərinin, idarəetmə panolarının və digər elektrik qurğularının düzgün şəkildə istismarını həyata keçirmək onların sazlanması və təmirini həyata keçirmək

2.     Cərəyan paylayıcı lövhələrin, transformatorların, motorların və digər elektrik cihazlarının profilaktik baxışının aparılması.

3.     Aşkar edilən nasazlıqlar barədə şöbə rəhbərinə məlumat vermək və aradan qaldırılmasını təmin etmək.

4.     Fövqəladə hallar zamanı avadanlıqları operativ şəkildə söndürmək və təhlükəsizliyi təmin etmək.

5.     Elektrik xəttlərində gərginliyin ölçülməsi, izolyasiyanın vəziyyətinin yoxlanılması.

6.     Avadanlıqların enerji sərfiyyatının optimal səviyyədə saxlanmasına dəstək göstərmək.

7.     Quraşdırma və təmir işləri zamanı texniki xəritə və sxemlərə uyğun işləmək.

8.     Gündəlik olaraq elektrik avadanlıqlarına vizual baxış keçirmək və aşkar edilmiş qüsurlar barədə şöbə rəhbərinə məlumat verməklə önləyici tədbirlər görmək

9.     Yarasız elektrik avadanlıqlarının yenisi ilə əvəz etmək

10. Zəruri hallarda elektrik avadanlıqlarında təhlüksizliyi gözləməklə təmir işlərini həyata keçirmək

11. İş yerində əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitariya normalarını qaydalarına ciddi riayət etmək.

12. Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası

Tələblər

  • Təhsili : Müvafiq sahə üzrə ali təhsil və ya peşə təhsili

  • Təcrübə: Müvafiq sahə üzrə 1 il iş təcrübəsi

  • Cinsi: Kişi

  • Yaş: 25-50

  • Operativ və nizam-intizamlı olmaq;

  • Məsuliyyətli və komandada işləmək bacarığı.

Qaradağ rayonu ərazisində yaşayan namizədlərə üstünlük veriləcək

Təminatlar:

  • Nəqliyyat şirkət tərəfindən təmin edilir;

  • Qidalanma şirkət tərəfindən təmin edilir.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17132

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya