Elektrik
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 17 aprel 2026
Təsvir
Elektrik - Tikinti avadanlığı - dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s. - Haulotte, Dinolift, Genie, JLG, JCB, Hyster, Linde, Magni, Dieci və s.
İş rejimi: Tam
İş yeri: 1045 Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev (Ofis çox əlverişli yerdə - yol kənarında yerləşir / “Koroğlu” metrosundan ofisimizə cəmi 15 dəqiqəlik yoldur. Təxminən Aviasiya Akademiyasına çatmamış )
İş şərtləri:
Stabil iş
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
İş saatı 1-5-ci günlər 08:30-dan 17:30-a kimi
İstirahət: Şənbə, Bazar günü
İcbari sığorta
Komfort iş şəraiti
Perspektivli iş
Mehriban kollektiv
Elektrikə aid tələblər:
Tam orta və ya orta-ixtisas təhsili;
Tələb olunan dil: Azərbaycan dili;
Sahə üzrə biliklərə və praktik bacarıqlara malik olmalıdır;
Analoji peşə üzrə kurslar;
Bu sahə üzrə sertifikatı olmalıdır;
Sürücülük vəsiqəsi olmalıdır;
Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
Tək və komandada işləmə bacarığı olmalı;
Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.
Elektrikin funksiyaları və vəzifə öhdəlikləri:
Vəzifə təlimatını, SƏTƏM, İR, Servis və şirkət daxili intizam qaydalarını bilməli və onlara riayət etməli;
Texnikanın (Çəngəlli avtoyükləyici, Qayçı tipli qaldırıcı-səbət, Teleskopik yükləyici (JLG, JCB, Hyster, Linde, Magni, Dieci və s.) və s.) elektrik sistemlərinin və elektron idarəetmə bloklarının kompüter diaqnostikası;
Diaqnostika zamanı aşkar edilmiş qüsur və nasazlıqları menecer ilə razılaşdırmaqla aradan qaldırmaq;
Elektrik naqillərindəki nasazlıqların aradan qaldırılması, sensorların, starter və generatorların təmiri/dəyişdirilməsi;
Təhlükəsizlik sistemlərinin kalibrlənməsi və sazlanması;
Akkumulyator batareyalarına və şarj sistemlərinə texniki xidmət göstərilməsi;
Görülən işlər barədə menecerə hesabatların təqdim edilməsi.
Qeyd:
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində **“Elektrik”**göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.
Necə Müraciət Etmək Olar
Caspian Services Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11124
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer