Direktor (Təlim-tədris mərkəzi)
Bakı
Tam Ştat
Direktor
1.500 - 2.000 AZN
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 15 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması;
Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi;
Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi;
Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması;
Mərkəzin marketinq və satış strategiyasının formalaşdırılmasında iştirak etmək;
Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması;
Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması;
Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət;
Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Kvalifikasiya tələbləri:
Təhsil: Ali təhsil (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür)
İş təcrübəsi:
Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi;
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Liderlik və təşkilatçılıq bacarığı;
Strateji düşünmə və qərarvermə bacarığı
Ünsiyyət və təqdimat bacarığı;
Analitik düşünmə bacarığı;
Problem həll etmə və nəticəyönümlülük bacarığı;
Məsuliyyətlilik və təşəbbüskarlıq;
Satış və biznes inkişafı üzrə biliklər;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;
İngilis dili biliyi - C1;
Rus dilində ünsiyyət bacarığı üstünlükdür.
Təklif edirik:
Əmək haqqı: 1500-2000 AZN;
İş qrafiki: 6 gün / 09:00 - 18:00
Nahar şirkət tərəfindən təmin edilir;
Gənc və peşəkar komanda ilə dinamik iş mühiti;
Tələblərə cavab verən namizədlər “Direktor (Təlim-tədris mərkəzi)” başlığı ilə öz CV və portfellərini****Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Step Consulting LLC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12728
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor