Ana Səhifə
Vakansiyalar
Tibb və Əczaçılıq
Həkim

Digital Loyalty Project Coordinator

Digital Loyalty Project Coordinator

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 24 may 2026

Təsvir

“Business Insight” şirkətinin Müştəri Loyallığı Departamentində “Digital Loyalty Project Coordinator” vəzifəsi üzrə aktiv vakansiya var.

Tələblər

  • Ali təhsil;

  • Yaş həddi: 25-35;

  • Microsoft proqramlarında işləmək bacarığı;

  • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;

  • Müştəri loyallığı və mobil tətbiq layihələrində təcrübə arzuolunandır;

  • Komandada işləmək bacarığı;

  • Ölkədaxili ezamiyyətlərə açıq olmaq;

  • Layihə idarəetməsinin nəzəri və praktiki biliklərinə sahib olmaq;

  • Stressə və tələbkarlığa davamlı, disiplinli;

  • Planlaşdırma, təşkilatçılıq və auditoriya qarşısında çıxış etmə bacarıqlarının yüksək olması;

  • Təşəbbüskarlığın, özgüvənin və çalışma istəyinin yüksək olması.

Rəqəmsal həllərin hazırlanması və tətbiqi:

  • Sadiqlik proqramını dəstəkləyən rəqəmsal alətlərin və platformaların, o cümlədən mobil tətbiqlər, veb platformalar və CRM sistemlərinin hazırlanması və tətbiqi prosesinin idarə edilməsi.

İstifadəçi təcrübəsinin optimallaşdırılması:

  • Sadiqlik proqramının rəqəmsal kanallarında, o cümlədən mobil tətbiqlərin və veb saytların interfeyslərində istifadəçi təcrübəsinin təhlili və təkmilləşdirilməsi, maksimum rahat şəkildə proqram alətlərindən istifadənin və üzvlərin fəallığının təmin edilməsi.

Analitika və hesabatlılıq:

  • Rəqəmsal kanallarda proqram iştirakçılarının davranışları haqqında məlumatların toplanması və təhlili, sadiqlik proqramı strategiyasının optimallaşdırılması üçün hesabatların və analizlərin hazırlanması.

Rəqəmsal həllərin inteqrasiyası:

  • Sadiqlik proqramının fasiləsiz işləməsini təmin etmək üçün rəqəmsal alətlərin şirkətin mövcud sistemləri, o cümlədən CRM, marketinq platformaları və digər zəruri sistemləri ilə inteqrasiyasının koordinasiyası.

Məlumatların təhlükəsizliyinin təmin edilməsi:

  • Rəqəmsal kanallarda proqram iştirakçılarının məlumatlarının qorunması proseslərinin idarə edilməsi, bütün normativ tələblərə və təhlükəsizlik standartlarına riayət edilməsi.

Texniki dəstək və tərəfdaşlarla əlaqə:

  • Texniki tərəfdaşlar və daxili şöbələrlə rəqəmsal effektiv kommunikasiya və rəqəmsal dəstəyin göstərilməsi.

  • Texniki tapşırıqların hazırlanması, tətbiq olunması və həyata keçirilməsinə nəzarət.

Yeni texnologiyaların monitorinqi:

  • Rəqəmsal sadiqlik sahəsində yeni texnologiyaların və trendlərin izlənməsi və qiymətləndirilməsi, proqramın effektivliyini artırmaq üçün innovasiyaların tətbiqi.

Komandaların koordinasiyası:

  • 5 koordinasiyası və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün digər şöbələrlə qarşılıqlı əlaqə.

İnteraktiv strategiyaların hazırlanması:

  • Proqram üzvləri ilə rəqəmsal loyallıq prinsipləri əsasında qarşılıqlı əlaqə və təkmilləşdirmə strategiyalarının, eləcə də planların yaradılması.

  • Yeni modulların və rəqəmsal həllərin təqdim olunması.

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına “Digital Loyalty Project Coordinator” başlığı altında göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Business Insight International Research Group

Business Insight International Research Group

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14877

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya