Ana Səhifə
Vakansiyalar

Dəzgahdar (Yemək çəkən)

Dəzgahdar (Yemək çəkən)

Bakı

Tam Ştat

Orta Səviyyə

500 - 700 AZN

Yerləşdirilib 4 fevral 2026

Son Tarix: 14 mart 2026

Təsvir

Lökbatanda yerləşən layihə üçün dəzgahdar/aşpaz köməkçisi tələb olunur.

  • Hazır yeməklərin müəyyən olunmuş norma və resept kartlarına uyğun şəkildə çəkilməsi və porsiyalanmasını icra etmək;

  • Yeməklərin düzgün qablaşdırılması, servis qablarına yerləşdirilməsi və paylama xəttinə hazırlanmasını təmin etmək;

  • Paylama zamanı menyuya uyğunluğun, porsiya ölçüsünün və təqdimat standartlarının qorunmasına nəzarət etmək;

  • Yeməklərin temperatur rejiminə (isti və soyuq xətt) uyğun saxlanılmasını və verilməsini təmin etmək;

  • Servis zamanı aşpaz və növbə rəhbərinin tapşırıqlarını operativ icra etmək;

  • Qida təhlükəsizliyi, gigiyena və SƏTƏM qaydalarına ciddi riayət etmək;

  • Paylama sahəsinin, avadanlıqların və iş səthlərinin təmizliyini və sanitariya vəziyyətini qorumaq;

  • Günlük istifadə olunan qab-qacaq, inventar və ölçü alətlərinin düzgün istifadəsini və saxlanmasını təmin etmək;

  • Porsiya fərqləri, çatışmazlıq və uyğunsuzluqlar barədə məsul şəxsə dərhal məlumat vermək;

  • Qalıq yeməklərin müəyyən olunmuş prosedurlara uyğun şəkildə ayrılmasını və qeydiyyatını təmin etmək.

Tələblər

İş təcrübəsi : 1 ildən aşağı
Yaş : 35 - 55
Cins : Qadın

  • Mətbəx sahəsində minimum ilkin iş təcrübəsi arzuolunandır;

  • Fiziki dözümlülük və sürətli iş tempinə uyğunlaşma bacarığı;

  • Komanda ilə işləmə və məsuliyyətlilik;

  • Təmizlik və nizam-intizam qaydalarına riayət etmə.

İş qrafiki: 07:00-17:00
Bazar günü istirahət
Nahar şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlər özləri haqqında məlumatı whatsapp və ya mail adresinə göndərə bilər. Zəng etməməyiniz xahiş olunur. İş saatları daxilində uyğun namizədlərə geri dönüş ediləcəkdir.

Necə Müraciət Etmək Olar

"Kitchen Plus" restoranı

Other

Kitchen Plus restoranı müasir və keyfiyyətli yeməklər təklif edən məkan olaraq müştərilərinə rahat və zövqlü kulinariya təcrübəsi bəxş edir. Restoran geniş menyusu ilə həm yerli, həm də dünya mətbəxinin seçilmiş nümunələrini təqdim edir və hər zövqə uyğun yemək seçimləri ilə fərqlənir. Kitchen Plus müştəri məmnuniyyətini əsas prioritet hesab edir, qonaqlarına yüksək xidmət standartları, xoş atmosfer və keyfiyyətli məhsullar ilə xidmət göstərir. Restoran həm gündəlik naharlar, həm də xüsusi tədbirlər üçün ideal məkan olaraq seçilir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7324

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

11-50

Bu Şirkətdən Daha Çox Vakansiya