Kassir
Bakı
Tam Ştat
Orta Səviyyə
500 - 600 AZN
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 14 mart 2026
Təsvir
Ağ Şəhərdə yerləşən Kitchen Plus restoranına Kassir tələb olunur.
Vəzifə öhdəlikləri:
Müştərilərdən nağd və nağdsız ödənişlərin qəbul edilməsi;
Kassa aparatının, POS-terminalın və müvafiq proqram təminatının düzgün istifadəsi;
Günlük kassa əməliyyatlarının uçotu və gün sonu kassa hesabatlarının hazırlanması;
Kassa üzrə daxilolma və çıxarılmaların düzgünlüyünə nəzarət;
Aşkar edilmiş uyğunsuzluqlar barədə dərhal rəhbərliyə məlumat verilməsi;
Müştərilərə nəzakətli və operativ xidmətin göstərilməsi.
Tələblər
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 20 - 30
Namizədə tələblər:
Kassir vəzifəsində minimum 1 il iş təcrübəsi (xidmət və ya restoran sektorunda təcrübə üstünlükdür);
IIKO proqramı biliyi üstünlükdür;
Kassa əməliyyatları və hesabatlılıq üzrə biliklər;
Diqqətli, məsuliyyətli və stresə davamlı olmaq;
Komandada işləmə bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili biliyi üstünlükdür).
İş qrafiki: bir gün 08:00-14:00, bir gün 12:00-23:00
Həftədə 1 gün istirahət
Uyğun namizədlər özləri haqqında məlumatı whatsapp və ya mail adresinə göndərə bilər. Zəng etməməyiniz xahiş olunur. İş saatları daxilində uyğun namizədlərə geri dönüş ediləcəkdir.
Necə Müraciət Etmək Olar
"Kitchen Plus" restoranı
Other
Kitchen Plus restoranı müasir və keyfiyyətli yeməklər təklif edən məkan olaraq müştərilərinə rahat və zövqlü kulinariya təcrübəsi bəxş edir. Restoran geniş menyusu ilə həm yerli, həm də dünya mətbəxinin seçilmiş nümunələrini təqdim edir və hər zövqə uyğun yemək seçimləri ilə fərqlənir. Kitchen Plus müştəri məmnuniyyətini əsas prioritet hesab edir, qonaqlarına yüksək xidmət standartları, xoş atmosfer və keyfiyyətli məhsullar ilə xidmət göstərir. Restoran həm gündəlik naharlar, həm də xüsusi tədbirlər üçün ideal məkan olaraq seçilir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10012
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
11-50