Ana Səhifə
Vakansiyalar
İdman, Gözəllik və SPA
Kosmetoloq

Dermokosmetik medikal tanıtım nümayəndəsi

Dermokosmetik medikal tanıtım nümayəndəsi

Bakı

Tam Ştat

Orta Səviyyə

1.000 - 1.500 AZN

Yerləşdirilib 5 may 2026

Son Tarix: 13 iyun 2026

Təsvir

Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi

Şirkət: Orzax  BioHerbalBaku

İş yeri: Bakı

İş rejimi: Tam ştat (sahə işi)

2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir.

Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.

Bu çərçivədə komandamıza Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi axtarırıq.

Vəzifənin məqsədi

Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə (dermatoloqlara) elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.

Təklif etdiklərimiz:

1000 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)

Premya sistemi

Yemək kartı

Benzin kartı

Geyim dəstəyi

Davamlı təlim və inkişaf imkanları

Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Bu vakansiya kimlər üçün DEYİL

“Sadəcə satış etmək istəyirəm” deyənlər

Elmi mövzulara maraqsız olanlar

Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər

Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.

Müraciət:

İş haqqında

Minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə

Yaş aralığı: 25 – 40

Universitetlərin əczaçılıq, biologiya, kimya, qidalanma və dietologiya və ya digər uyğun səhiyyə ixtisasları üzrə məzun olmaq,

Üstünlük olaraq dermokosmetik və ya dərman sektorunda medikal tanıtım sahəsində təcrübəyə malik olmaq,

Dermatoloq həkimlər və aptek kanalı ilə işləməyə maraqlı olmaq,

Elmi izah, təqdimat və inandırma bacarığı yüksək olmaq,

Sahə işinin təşkilinə və planlı işləmə prinsiplərinə uyğun olmaq,

MS Office və CRM sistemlərindən effektiv istifadə edə bilmək.

Tələblər

Məsul olduğu bölgədə hədəf dermatoloq həkimlərə və əczaçılara məhsulların elmi məzmununu təqdim etmək,

Klinik araşdırmaları və elmi məlumatları doğru, aktual və aydın şəkildə izah etmək,

Təlim və elmi toplantılarda iştirak etmək, zərurət yarandıqda təqdimatlar aparmaq,

Sahədən əldə olunan medikal geri bildirimləri mərkəzə ötürmək,

CRM sisteminə ziyarət məlumatlarını və geri bildirimləri mütəmadi şəkildə daxil etmək,

Öz bölgəsi üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və nəticələri hesabatlandırmaq,

Məsul olduğu bölgədə satış komandası ilə koordinasiyalı işləmək.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15888

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Product Manager

Tam Ştat

Product Manager Şirkət: Orzax / BioHerbalBaku / İş yeri: Bakı / Yaş aralığı: 25 – 45  İş rejimi: Tam ştat 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Product Manager axtarırıq. Vəzifənin məqsədi Medical & Strategic Product Manager şirkətin məhsul portfelinin elmi, strateji və kommersiya inkişafını idarə edən əsas funksional roldur. Vəzifənin məqsədi məhsulların həkim və aptek kanalında düzgün mövqeləndirilməsi, bazar payının artırılması, elmi kontentin idarə edilməsi və satış komandalarının strateji dəstəklənməsidir. Təklif etdiklərimiz 1.1300 – 2000 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) 2.Premya sistemi 3.Benzin kartı (Avtomobili varsa) 4.Davamlı təlim və inkişaf imkanları 5.Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı Bu vakansiya kimlər üçün DEYİL 1.Yalnız operativ satış və ya sahə fəaliyyəti ilə məşğul olmaq istəyənlər 2.Analitik və strateji düşünmə bacarığı zəif olan namizədlər 3.Elmi kontent və medical marketing fəaliyyəti ilə işləmək istəməyənlər Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir. İş haqqında Təhsil (aidiyyatlı ixtisaslar): Tibb, Əczaçılıq, Biologiya, Kimya, əlaqəli sahələr üzrə ali təhsil. 1.Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və psixoloji cəhətdən hazır. 2.Təcrübəli namizədlər: Product management, medical marketing və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi 3.OTC, BAQM və ya dərman sektorunda təcrübə üstünlükdür Peşəkar bacarıqlar: 1.Analitik və strateji düşünmə qabiliyyəti 2.Elmi məlumatlarla işləmə və interpretasiya bacarığı 3.Təqdimat və elmi kommunikasiya bacarığı 4.Layihə və portfel idarəetmə bacarığı 5.Komanda koordinasiyası və liderlik bacarıqları 6.MS Office və analitik alətlərlə işləmə bacarığı 7.İngilis dili biliyi üstünlükdür

Bakı