Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Digər satış işləri

Daxili satınalmalar üzrə mütəxəssis/baş mütəxəssis

Daxili satınalmalar üzrə mütəxəssis/baş mütəxəssis

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 30 yanvar 2026

Son Tarix: 11 mart 2026

Təsvir

Əmək funksiyaları:

  • Şirkətin struktur bölmələrindən daxil olan satınalma tələblərinin qəbul edilməsi və təhlili

  • Daxili satınalma proseslərinin planlaşdırılması və icrasının təmin edilməsi

  • Satınalma sifarişlərinin hazırlanması, icrasına nəzarət və uçotunun aparılması

  • Təchizatçılarla daxili prosedurlara uyğun əməkdaşlığın təşkili

  • Satınalma proseslərinin şirkətin daxili qaydalarına və büdcə limitlərinə uyğunluğunun təmin edilməsi

  • Daxili satınalma fəaliyyətləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Vəzifə öhdəlikləri:

  • Daxili bölmələrin mal, iş və xidmətlərə olan tələbatının vaxtında və düzgün şəkildə qarşılanmasını təmin etmək

  • Satınalma sorğuları üzrə bazar araşdırması aparmaq və optimal təklifləri seçmək

  • Təchizatçılarla yazışmalar aparmaq, kommersiya təkliflərini toplamaq və müqayisə etmək

  • Satınalma sənədlərinin (sifariş formaları, müqavilələr, təhvil-təslim aktları və s.) düzgün və tam şəkildə hazırlanmasını təmin etmək

  • Təchizat olunan mal və xidmətlərin keyfiyyətinə və çatdırılma müddətlərinə nəzarət etmək

  • Satınalma prosesində yaranan uyğunsuzluqları aşkar etmək və aradan qaldırılması üçün tədbirlər görmək

  • Daxili nəzarət və audit tələblərinə uyğun olaraq sənədləşməni aparmaq

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Biz təklif edirik:

* Peşəkar və dinamik komanda

* Karyera və inkişaf imkanları

* Rəqabətli əmək haqqı

* Rahat iş mühiti

Müraciət üçün:
CV-lərinizi mövzu hissəsində “Daxili satınalmalar üzrə mütəxəssis/baş mütəxəssis” qeyd etməklə careers@balique.az ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Balique 2023 LTD MMC

Balique 2023 LTD MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#6961

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya