Daxili Audit İdarəsi, Auditor
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 17 may 2026
Təsvir
İllik Daxili Audit planına uyğun olaraq və plandankənar risk əsaslı audit və məsləhət layihələrinin icra edilməsi;
İdarəetmə, risklərin idarə edilməsi və nəzarət proseslərinin qiymətləndirilməsi, onların səmərəliliyinin artırılması məqsədilə tövsiyələrin verilməsi;
Daxili Audit prosesi çərçivəsində verilmiş tövsiyələrin icrasının təqib edilməsi;
Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarının hazırlanmasında və rəhbərliyə təqdim edilməsində iştirak edilməsi;
Vəzifə və funksiyaların “Daxili Audit haqqında” Azərbaycan Respublikasının Qanununa və Daxili Auditorlar İnstitutu tərəfindən hazırlanmış Daxili Audit Standartlarına uyğun olaraq icra edilməsi;
Daxili audit metodologiyasının və prosedurlarının inkişaf etdirilməsində iştirak edilməsi.
Tələblər
Maliyyə, İqtisadiyyat, Aviasiya və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
Aviasiya sahəsində ən azı 1 il iş təcrübəsi;
Aviasiya qaydaları və əməliyyatları üzrə biliklər;
Beynəlxalq sertifikatlara malik namizədlərə üstünlük verilir (CIA, ACCA, CISA, CRMA, COSO IC, IOSA, COBIT və s.);
Namizədin öz bilik və bacarıqlarını mütəmadi olaraq inkişaf etdirməyə və təkmilləşdirməyə hazır olması;
Oracle verilənlər bazası və PL/SQL üzrə işləmək bacarığı;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Analitik düşünmə və müstəqil araşdırma bacarığı;
Azərbaycan dilini sərbəst bilmək (rus və ingilis dilləri arzuolunandır);
Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15715
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+