Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Audit

Daxili Audit İdarəsi, Aparıcı Auditor

Daxili Audit İdarəsi, Aparıcı Auditor

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 17 may 2026

Təsvir

  • İllik Daxili Audit planına uyğun olaraq və plandankənar risk əsaslı audit və məsləhət layihələrinin icra edilməsi;

  • İdarəetmə, risklərin idarə edilməsi və nəzarət proseslərinin qiymətləndirilməsi, onların səmərəliliyinin artırılması məqsədilə tövsiyələrin verilməsi;

  • Daxili Audit prosesi çərçivəsində verilmiş tövsiyələrin icrasının təqib edilməsi;

  • Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarının hazırlanmasında və rəhbərliyə təqdim edilməsində iştirak edilməsi;

  • Vəzifə və funksiyaların “Daxili Audit haqqında” Azərbaycan Respublikasının Qanununa və Daxili Auditorlar İnstitutu tərəfindən hazırlanmış Daxili Audit Standartlarına uyğun olaraq icra edilməsi;

  • Daxili audit metodologiyasının və prosedurlarının inkişaf etdirilməsində iştirak edilməsi.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Aviasiya və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;

  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

  • Aviasiya sahəsində ən azı 1 il iş təcrübəsi;

  • Aviasiya qaydaları və əməliyyatları üzrə biliklər;

  • Beynəlxalq sertifikatlara malik namizədlərə üstünlük verilir (CIA, ACCA, CISA, CRMA, COSO IC, IOSA, COBIT və s.);

  • Namizədin öz bilik və bacarıqlarını mütəmadi olaraq inkişaf etdirməyə və təkmilləşdirməyə hazır olması;

  • Oracle verilənlər bazası və PL/SQL üzrə işləmək bacarığı;

  • Microsoft Office proqramlarında işləmək bacarığı;

  • Analitik düşünmə və müstəqil araşdırma bacarığı;

  • Azərbaycan dilini sərbəst bilmək (rus və ingilis dilləri arzuolunandır);

  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15714

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya