Data risk üzrə aparıcı mütəxəssis
Bakı,, PBT2, (Port, Baku, Tower, 2),
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Bu rol bankın məlumat aktivləri ilə bağlı risklərin effektiv idarə olunmasına yönəlib. Mütəxəssis məlumatların idarə olunması (data governance), məlumat keyfiyyəti və təhlükəsizliyi sahələrində risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üzrə fəaliyyət göstərir. Eyni zamanda, məlumatların saxlanması, emalı və ötürülməsi proseslərində risklərin monitorinqi və daxili nəzarət mexanizmlərinin tətbiqi bu rolun əsas istiqamətlərindəndir.
' ' +
İqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
Bank, maliyyə və ya risk idarəetməsi sahəsində minimum 2–4 il iş təcrübəsi;
Data risk, data governance və ya operational risk sahəsində biliklər;
SQL, Excel, Power BI və ya digər analitik alətlərlə işləmək bacarığı;
Analitik düşünmə və risklərin qiymətləndirilməsi bacarığı;
Azərbaycan və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
Komandada işləmək və müxtəlif şöbələrlə koordinasiya bacarığı;
Data governance framework-ləri ilə təcrübə (məsələn: DAMA-DMBOK);
Bank tənzimləmələri və risk standartları haqqında bilik (məsələn: Basel III);
Statistik analiz və məlumat modelləşdirməsi üzrə təcrübə,
' ' +
İnkişaf imkanları;
Rəqabətli əmək haqqı və bonuslar;
Yüksək təminatlı sığorta;
Dəstəkləyici mühit;
Visa Premium əmək haqqı kartı;
Korporativ endirimlər;
Korporativ tədbirlər;
Əlavə məzuniyyət;
Güzəştli təhsil və işçi krediti.
' ' +
Bankın məlumat aktivləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və davamlı monitorinqi;;
Data governance və məlumat keyfiyyəti ilə bağlı risklərin analiz edilməsi və azaldılması tədbirlərinin hazırlanması;
Məlumatların təhlükəsizliyi və düzgün istifadəsinin bankın daxili siyasət və prosedurlarına uyğun təmin edilməsi;
Məlumatların saxlanması, ötürülməsi və emalı proseslərində yaranan risklərin qiymətləndirilməsi;
Risk göstəricilərinin (KRI) və risk iştahı həddlərinin (RAS limits) hazırlanması və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi;
Məlumat keyfiyyəti problemlərinin aşkarlanması və aradan qaldırılması üçün biznes və İT komandaları ilə əməkdaşlıq;
Bankın məlumat bazaları və analitika sistemlərində risklərin qiymətləndirilməsi;
Məlumat riskləri üzrə daxili nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi,
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18654
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+