Senior Oracle Database Administrator
Bakı,, PBT2, (Port, Baku, Tower, 2),
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 26 iyun 2026
Təsvir
Kapital Bank DevOps DBA komandası üçün təcrübəli Senior Oracle Database Administrator (DBA) axtarır. İdeal namizəd Oracle verilənlər bazası infrastrukturunun idarə olunmasına, yüksək əlçatanlığın, performansın və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olacaq. Bu vəzifə verilənlər bazasının dizaynı, tətbiqi və idarə olunması sahəsində dərin bilik, həmçinin güclü analitik və problem həll etmə bacarıqları tələb edir.
' ' +
Kompüter elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. Magistr dərəcəsi və ya sertifikatlar üstünlükdür.
Oracle DBA kimi minimum 4-5 il təcrübə və böyük, mürəkkəb verilənlər bazası mühitlərinin idarə olunması üzrə uğurlu təcrübə.
Performans optimizasiyası, yüksək əlçatanlıq həlləri və disaster recovery planlaşdırılması üzrə təcrübə.
Oracle Database Administrator Certified Professional (OCP) və ya daha yüksək sertifikatlar üstünlük təşkil edir.
Oracle Database 11g, 12c, 18c və 19c versiyaları üzrə ekspert biliklər.
SQL, PL/SQL və performans tuning texnikaları üzrə yüksək səviyyədə bilik.
Oracle Data Guard, RMAN, ASM, RAC, RAC ONE NODE və Oracle Enterprise Manager (OEM) üzrə güclü biliklər.
Linux/Unix əməliyyat sistemləri ilə işləmə təcrübəsi.
Şəbəkə, storage və backup texnologiyaları haqqında anlayış.
Güclü problem həll etmə və analitik düşüncə bacarıqları.
Yüksək kommunikasiya və interpersonal bacarıqlar.
Həm müstəqil, həm də komanda şəklində işləmək bacarığı.
Detallara diqqətli və keyfiyyət yönümlü yanaşma.
Database migration və upgrade layihələrində təcrübə.
Avtomatlaşdırma alətləri və skript yazılması (Shell scripting) üzrə təcrübə.
' ' +
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Rəqabətli əməkhaqqı və bonuslar.
Geniş sığorta təminatı.
Dəstəkləyici iş mühiti.
Visa Premium əməkhaqqı kartı.
Korporativ endirimlər və tədbirlər.
Əlavə məzuniyyət günləri.
Endirimli təhsil və əməkdaş kreditləri.
' ' +
Oracle verilənlər bazası sistemlərini yüksək performans, əlçatanlıq və təhlükəsizlik təmin etmək üçün layihələndirmək, quraşdırmaq, konfiqurasiya etmək və idarə etmək.
Gündəlik DBA işlərini həyata keçirmək: backup və recovery, performans optimizasiyası və problemlərin aradan qaldırılması.
Backup və recovery strategiyalarını hazırlamaq, tətbiq etmək və test etmək.
Verilənlər bazasının performansını izləmək, SQL sorğularını, indeksləri və konfiqurasiyaları optimallaşdırmaq.
Performans problemlərini müəyyən etmək və gələcəkdə yaranmasının qarşısını almaq üçün proaktiv tədbirlər görmək.
Təhlükəsizlik siyasətlərini, giriş nəzarətlərini və şifrələmə mexanizmlərini tətbiq etmək və idarə etmək.
Verilənlər bazalarının CIS, PCI-DSS kimi sənaye standartlarına uyğunluğunu təmin etmək.
Oracle Data Guard və Real Application Clusters (RAC və RAC ONE NODE) kimi yüksək əlçatanlıq həllərini konfiqurasiya və idarə etmək.
Fəlakət bərpa (Disaster Recovery) planlarını hazırlamaq və mütəmadi testlər keçirməklə biznes davamlılığını təmin etmək.
Verilənlər bazası yeniləmələri, patch quraşdırılması və miqrasiya proseslərini planlaşdırmaq və icra etmək.
Texniki xidmət zamanı istifadəçilərə təsiri və downtime müddətini minimuma endirmək.
Gələcək inkişaf və dəyişən biznes tələblərinə uyğun resurs planlaması və miqyaslandırma aparmaq.
Tətbiq proqramçıları, sistem administratorları və digər tərəfdaşlarla sıx əməkdaşlıq etmək.
Junior DBA və IT əməkdaşlarına texniki dəstək və mentorluq göstərmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18664
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+