Data Analitika və proqram təminatı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 12 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Satış, Logistika, marketinq məlumatların təhlili
Datanın müxtəlif mənbələrdən toplanması və təmizlənməsi
Riyazi-statistik metodlardan, maşın öyrənməsindən və digər analitik üsullardan istifadə etməklə müxtəlif dataların təhlili və modelləşdirilməsi, datadan faydalı biliklərin əldə edilməsi
Təhlil nəticələrinin vizual təqdimatlarının yaradılması
Qərarların qəbul edilməsinə yardımçı olan təhlil nəticələrinin maraqlı tərəflərə effektiv şəkildə çatdırılması
Gələcək bazar hərəkətlərini, müştəri davranışlarını və ya potensial riskləri proqnozlaşdırmağa kömək edə biləcək tendensiyalar, nümunələr və anomaliyaları müəyyən etmək üçün tarixi məlumatların təhlili
Fərdiləşdirilmiş marketinq və satış strategiyaları üçün data əsasında gərəkli təhlillər və məhsullar üzrə tövsiyələrin verilməsi
Hesabatlılıq sisteminin qurulması
Marşrut, Ticarət nöqtələri, Satış Nümayəndəsi üzrə planlama-proqnozlama metodlarının hazırlanması və tətbiqi
KPI-lara nəzarət etmək və planlaşdırmaq
Hədəf göstəricilərdən kənarlaşmaların təhlili
Ticari kampaniyaların təhlili
Anbarda və çatdırılmada prosesləri optimallaşdırmaq
Proqram təminatında kommersiya şöbəsinə aid bazaların idarə edilməsi
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə ali təhsil
3-5 ildən data analitikası sahəsində təcrübə
Logo proqramı,Excel, Power BI və SQL daxil olmaqla proqram təminatı üzrə biliklər
Effektiv ünsiyyət bacarıqları və fikirlərinizi aydın şəkildə izah etmək bacarığı
Məlumatların təhlilinə planlı yanaşma və vaxtı səmərəli idarə etmək bacarığı
Ünsiyyət bacarıqları və digər komanda üzvləri ilə uğurla qarşılıqlı əlaqə qurmaq bacarığı
Təfərrüata diqqət və yüksək keyfiyyətli məlumat təhlilinə sadiqlik
Əlavə məlumatlar:
İş qrafiki 08:00-dan 17:00-dək
5 günlük iş rejimi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini göstərilən elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Data Analitika və proqram təminatı” qeyd olunmaqla, göndərə bilərlər.
Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Necə Müraciət Etmək Olar
Ayan MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8514
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə