Auditor
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Ayan MMC şirkəti “Auditor” üzrə CV-lərin qəbulunu elan edir.
Vəzifə öhdəlikləri:
Audit obyektlərinin həcmini müəyyən etmək;
Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;
Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;
Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;
Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.
Namizədə dair tələblər:
Kişi namizəd
Müvafiq sahədə ali təhsil (Maliyyə, İqtisadiyyat və s. sahələrdə)
Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi
Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
Səlis Azərbaycan dili bilikləri
İrəli səviyyədə MS Office ( Word, Excel, Outlook) bilikləri
Şəxsi avtomobil
Əlavə məlumatlar:
İş qrafiki 08:00-dan 17:00-dək
5 günlük iş rejimi
Əmək haqqı – Müsahibədə müəyyən ediləcək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Auditor” qeyd olunmaqla, göndərə bilərlər.
Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994512707504
Necə Müraciət Etmək Olar
Ayan MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#7206
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə