Data analitik (Biznes) / Aparıcı mütəxəssis, baş mütəxəssis

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 7 iyun 2026

Təsvir

  • Müştəri yönümlü və gəlir artırıcı təkliflərin hazırlanması üçün data əsaslı analizlərin aparılması və biznesə actionable insight-ların təqdim edilməsi;

  • Məhsul və xidmət portfelinin optimallaşdırılması üçün analitik modellər və seqmentasiya yanaşmalarının tətbiqi;

  • Biznes halların (Business Case) hazırlanması: gəlir, xərc, risk və ROI analizlərinin aparılması;

  • Marketinq kampaniyalarının (upsell, cross-sell, retention) planlanması, kampaniyaları idarə edilməsi platforması üzərindən real zaman senarilərin qurulması və performansının ölçülməsi;

  • Kampaniyaların ROI, müştəri davranışı, istifadə və gəlir göstəriciləri üzrə monitorinqi və hesabatların hazırlanması üçün Bi və Reportinq komandası ilə sıx əməkdaşlıq;

  • Müştəri 360° baxışının formalaşdırılması və inkişaf etdirilməsi (seqmentasiya, davranış analizi);

  • Məlumatların təmizlənməsi, transformasiyası və analiz üçün uyğun formata salınması;

  • Məlumat keyfiyyətinin (data quality) təmin edilməsi üçün Datanın İdarə edilməsi komandası ilə sıx əməkdaşlıq;

  • Mövcud sistem və proseslərdə təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqinə dəstək;

  • Məlumat bazası ilə bağlı layihələrdə iştirak və texniki/analitik tələblərin verilməsi;

  • Biznes və texniki komandalar arasında kommunikasiya körpüsü rolunun icrası;

Tələblər

Təhsil:

  • İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil.

Tələb olunan iş təcrübəsi (il):

  • Data analitika, biznes analitika və ya əlaqəli sahədə minimum 2-3 il iş təcrübəsi;

  • CRM, məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində, Telco, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə minimum 1 illik iş təcrübəsinə malik olmaq arzuolunandır.

Tələb olunan bilik, bacarıqlar

  • Biznes data analitikası, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;

  • Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə bilməli;

Tələb olunan kompüter proqramları üzrə biliklər (1C, keeper və s.):

  • Yüksək Excel bilikləri;

  • SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar;

  • Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklər;

  • Tableau \ Data Vizuallaşdırılması;

  • Kampaniyaların idarəedilməsi platforması üzrə təcrübə (EVAM) arzuolunandır.

Tələb olunan şəxsi keyfiyyətlər:

  • Təhlil bacarığı;

  • Yaxşı ünsiyyət bacarığı;

  • Problem həlletmə bacarığı;

  • Komanda işi və əməkdaşlıq bacarığı.

Necə Müraciət Etmək Olar

Yelo Bank ASC

Yelo Bank ASC

Finance

Yelo Bank Azərbaycanda fəaliyyət göstərən innovativ kommersiya banklarından biridir. Bank 1994-cü ildə “Nikoil Bank” adı ilə fəaliyyətə başlayıb və sonradan rebrendinq edilərək “Yelo Bank” adı altında müasir və rəqəmsal bankçılıq konsepsiyasına keçid edib. Yelo Bank fərdi və biznes müştəriləri üçün kredit, depozit, kart məhsulları, köçürmələr və digər maliyyə xidmətləri təqdim edir. Bank xüsusilə gənc və rəqəmsal yönümlü yanaşması ilə seçilir. “Yelo App” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn bank əməliyyatları, kredit sifarişi, ödənişlər və hesab idarəetməsi kimi xidmətlər rahat şəkildə təqdim olunur. Yelo Bank innovasiya, sürətli xidmət və müştəri təcrübəsini prioritet hesab edərək Azərbaycanın rəqəmsal bankçılıq sektorunda mövqeyini gücləndirməyə davam edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17474

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya