Data analitik

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 12 mart 2026

Təsvir

  • Daxili məlumatları təhlil etmək və müəssisənin gəlirlərini artırmaq və xərclərini azaltmaq məqsədi ilə dövri bazar araşdırmaları aparmaq;

  • Məhsul portfelinin optimallaşdırılması ilə bağlı məlumatları araşdırmaq və periodik tövsiyələrini paylaşmaq;

  • Poçt sənayesindəki beynəlxalq tendensiyaları və müəssisənin kommersiya strategiyasına təsirini izləmək;

  • Müəssisənin fəaliyyətinin monitorinqi: xidmətlər, məhsullar üzrə faktiki KPI-ların izlənməsi və şirkətin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı vaxtaşırı tövsiyələr vermək;

  • Müəssisə daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların daimi üzləşdirilməsi;

  • Müəssisənin göstəriciləri haqqında aylıq hesabatlar hazırlamaq;

  • Yeni, dəyişdirilmiş servis və məhsullar üçün hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması;

  • Menecment tələblərinə və müəyyənləşdirilmiş standartlara uyğun olaraq məlumatın yığılması, analizi və vizualizasiyası daimi optimallaşdırılması;

  • Hesabatların keyfiyyətli hazırlanması, maraqlı təqdim olunması və avtomatlaşdırılması ilə bağlı daim təkliflər verilməsi.

Tələblər

  • İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, Kibernetika, Statistika üzrə Ali təhsil;

  • Mükəmməl analitik, problem həll etmə və tədqiqat bacarıqları;

  • Data analitika üzrə ən azı 1-2 il iş təcrübəsi;

  • Azərbaycan, ingilis dili orta səviyyədə bilməsi (rus dili arzu olunandır)

  • MS Excel yüksək səviyyədə, statistik təhlil və böyük həcmdə məlumat ilə işləyən ən azı bir proqramın yüksək səviyyədə bilməsi (SQL, Python, R);

  • Power BI istifadə edərək məlumatların analizi və vizuallaşdırılması üzrə təcrübə

Necə Müraciət Etmək Olar

Azərpoçt MMC

Azərpoçt MMC

Other

Azərpoçt MMC Azərbaycanın dövlətə məxsus milli poçt operatorudur və respublika ərazisində geniş xidmət şəbəkəsi vasitəsilə bütün təbəqə və hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və müasir poçt, e-ticarət, logistika və maliyyə xidmətləri təqdim edir. Şirkət poçt göndərişləri, bağlamalar, sürətli məktub xidmətləri, pulköçürmələri və digər poçt-maliyyə əməliyyatlarını həyata keçirərək müştəri məmnuniyyətini əsas prioritet hesab edir. Azərbaycanın yeganə milli poçt xidməti operatoru kimi Azərpoçt 35 regional poçt filialı və bütün ölkə üzrə poçt şöbələri ilə xidmət göstərir və Beynəlxalq Poçt İttifaqının üzvüdür. Şirkət həmçinin ənənəvi poçt xidmətlərini rəqəmsal transformasiya ilə birləşdirərək mobil tətbiqlər, karqo xidməti, “Postamat” öz-özünə xidmət poçt qutuları və beynəlxalq ödəniş sistemləri ilə inteqrasiya olunmuş maliyyə xidmətləri də təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10488

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya