Metodologiya üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 22 mart 2026
Təsvir
Struktur bölmələrin fəaliyyət istiqamətləri üzrə standart əməliyyat prosedurlarının (SOP) hazırlanmasının koordinasiyasında iştirak etmək və sənədlərin məzmun və forma baxımından təsdiq edilmiş metodoloji standartlara uyğunluğunu təmin etmək;
Daxili proses sənədləri üçün vahid metodoloji çərçivəyə uyğun şablon və sənədləşmə formatlarını hazırlamaq, onların aktuallığını təmin etmək və dövri olaraq yenilənməsini həyata keçirmək;
Proses sahibləri və digər maraqlı tərəflərlə əməkdaşlıq edərək proses və sənədlərlə bağlı daxil olan rəyləri toplamaq, təhlil etmək və təkmilləşdirmə üzrə əsaslandırılmış təkliflər hazırlamaq;
Sənədlərin terminoloji, struktur və məntiqi baxımdan vahid standartlara uyğunluğuna nəzarət etmək;
Mövcud biznes proseslərinin təhlilini aparmaq, optimallaşdırma imkanlarını müəyyən etmək və proseslərin səmərəliliyinin artırılması məqsədilə məlumatların toplanmasını və analizini təmin etmək;
Keyfiyyət idarəetmə sisteminə daxil olan normativ və metodoloji sənədlərin hazırlanmasını, yenilənməsini və tətbiqinə metodoloji nəzarəti həyata keçirmək.
Tələblər
Proseslərin blok-sxemlərlə təsviri və BPMN (Business Process Model and Notation) standartlarına uyğun modelləşdirilməsi üzrə bilik və praktiki təcrübə;
Standart əməliyyat prosedurlarının (SOP) hazırlanması, sənəd analizi və normativ sənədlərin uyğunluğunun qiymətləndirilməsi sahəsində təcrübə;
Biznes proseslərin təhlili və optimallaşdırılması üzrə analitik düşünmə bacarığı;
MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmə bacarığı, Visio və ya digər proses modelləşdirmə alətləri ilə işləmə təcrübəsi;
ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi üzrə biliklər (sertifikat üstünlükdür);
Audit prinsipləri, daxili auditlərin planlaşdırılması, keçirilməsi və hesabatlandırılması üzrə bilik və ya təcrübə;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ifadə bacarığı; əlavə xarici dil biliyi üstünlük hesab olunur;
Struktur bölmələrlə effektiv kommunikasiya və koordinasiya bacarığı.
Necə Müraciət Etmək Olar
Azərpoçt MMC
Other
Azərpoçt MMC Azərbaycanın dövlətə məxsus milli poçt operatorudur və respublika ərazisində geniş xidmət şəbəkəsi vasitəsilə bütün təbəqə və hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və müasir poçt, e-ticarət, logistika və maliyyə xidmətləri təqdim edir. Şirkət poçt göndərişləri, bağlamalar, sürətli məktub xidmətləri, pulköçürmələri və digər poçt-maliyyə əməliyyatlarını həyata keçirərək müştəri məmnuniyyətini əsas prioritet hesab edir. Azərbaycanın yeganə milli poçt xidməti operatoru kimi Azərpoçt 35 regional poçt filialı və bütün ölkə üzrə poçt şöbələri ilə xidmət göstərir və Beynəlxalq Poçt İttifaqının üzvüdür. Şirkət həmçinin ənənəvi poçt xidmətlərini rəqəmsal transformasiya ilə birləşdirərək mobil tətbiqlər, karqo xidməti, “Postamat” öz-özünə xidmət poçt qutuları və beynəlxalq ödəniş sistemləri ilə inteqrasiya olunmuş maliyyə xidmətləri də təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9389
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
501-1000