Ana Səhifə
Vakansiyalar

Content Maker (Mobile / Video)

Content Maker (Mobile / Video)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 5 aprel 2026

Təsvir

Content Maker — brendin sosial şəbəkələri üçün native, dinamik və trendlərə uyğun kontentin yaradılmasına cavabdeh olan kreativ prodakşn mütəxəssisidir. Platforma alqoritmlərini və engagement mexanikalarını yaxşı başa düşür.

Bu rol sadəcə “operator” deyil.

Bu, platformaların digital dilini anlayan və ona uyğun kontent yaradan şəxsdir.

Öhdəliklər :

Video çəkilişi və montajı (Reels, TikTok, Shorts, backstage, product content);

Yeni kontent formatlarının test edilməsi və eksperimentlərin təşəbbüsü;

Trendlərin brendə uyğun adaptasiyası (sadəcə kopyalama deyil);

Dinamik storytelling və montaj məntiqinin qurulması;

Hook-larla işləmək (ilk 3 saniyə — əsasdır);

Instagram / TikTok / YouTube üçün kontent fərqlərinin başa düşülməsi;

Platforma alqoritmlərinə və formatlara sürətli adaptasiya;

Kontent yaradılmasında AI alətlərinin inteqrasiyası (generasiya, upscale, vizual effektlər, prodakşnın sürətləndirilməsi).

Tələblər

  • Platforma-native kontentin prinsiplərini başa düşmək;

  • Ssenari məntiqi qurmaq və auditoriyanın diqqətini saxlamaq bacarığı;

  • Montaj prinsipləri üzrə bilik: ritm, temp və dinamika;

  • AI alətləri haqqında məlumat (Runway, CapCut AI, Midjourney, ChatGPT və s.) — üstünlükdür;

  • Təşəbbüskarlıq və proaktiv yanaşma.

KPI

  • Test olunan yeni kontent formatlarının sayı;

  • Videolar üzrə engagement səviyyəsi;

  • Orta baxış dərinliyi;

  • Orqanik reach-in artımı;

  • AI istifadəsi hesabına prodakşn xərclərinin azalması.

Seçim prosesi

  1. İşə qəbul mütəxəssisi ilə görüş

  2. Test tapşırığı

  3. Hiring manager-lərlə görüş.

  4. İş təklifi

Necə Müraciət Etmək Olar

Birmarket.az

Birmarket.az

Retail

Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10502

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya