Ana Səhifə
Vakansiyalar

CAD + 3D Texniki Vizual (Hybrid)

CAD + 3D Texniki Vizual (Hybrid)

Tam Ştat

Orta Səviyyə

1.400 AZN-dən

Yerləşdirilib 18 yanvar 2026

Son Tarix: 17 fevral 2026

Təsvir

Himalay 2022 MMC daxili layihələrin icrası məqsədilə yaradılan Layihə–Konstruktor–Dizayn şöbəsi üçün CAD + 3D Texniki Vizual (Hybrid) vəzifəsi üzrə vakansiya elan edir.

Qeyd: Bu vakansiya outsourcing və ya reklam yönümlü iş deyil. Namizəd real mühəndislik və real layihələr üzərində fəaliyyət göstərəcəkdir.

Vəzifə öhdəlikləri:

  • Texniki layihələr üzrə 2D CAD çertyojların hazırlanması

  • Məhsul və mexaniki hissələrin 3D modellərinin və texniki vizuallarının hazırlanması

  • Ölçülərə, texniki standartlara və istehsal tələblərinə uyğun dizaynın hazırlanması

  • Layihələrin vizual və texniki baxımdan optimallaşdırılması

  • Dizayn dəyişikliklərinin operativ icrası

  • Texniki komanda və mühəndislərlə əməkdaşlıq

Tələblər

  • AutoCAD, SolidWorks, Fusion 360, Inventor və ya oxşar proqramlarda praktiki təcrübə

  • 2D texniki çertyoj oxuma və hazırlama bacarığı

  • 3D modelləşdirmə və texniki vizual düşünmə qabiliyyəti

  • Detallara diqqət və məsuliyyət

  • Vaxtın düzgün idarə olunması

Üstünlük verilir:

  • Render və vizual təqdimat bacarıqları (KeyShot, Blender və s.)

  • Mexanika, istehsalat və ya dizayn sahəsində təcrübə

  • Texniki ingilis dili biliyi

Əməkhaqqı: 1400 – 1800 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)

Müraciət qaydası:

Namizədlərdən aşağıdakı sənədləri göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • CV

  • (Mümkün olduqda) iş nümunələri / portfolio

WhatsApp: 050 806 70 56

Zəng üçün vaxt aralığı: 09:00 – 18:00 (️Xahiş olunur, qeyd olunan saatlardan kənar vaxtlarda narahat edilməsin).

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5125

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya