Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Maliyyə analizi/investisiya

Büdcələmə və maliyyə hesabatlılığı üzrə mütəxəssis

Büdcələmə və maliyyə hesabatlılığı üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 19 mart 2026

Təsvir

  • Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun olaraq aylıq, rüblük şəkildə tərtib edilməsi;

  • Gəlir və xərclərin düzgün tanınmasının təhli edilməsi;

  • Büdcə və Faktiki göstəricilərin departament rəhbərləri ilə paylaşılması;

  • Büdcə və Faktiki göstəricilərin aylıq, rüblük və illik şəkildə qarşılıqlı təhlili;

  • Hesabatların avtomatlaşdırılmasında təkliflərin verilməsi;

  • Maliyyə analizlərinin aparılması təklif və tövsiyyələrin verilməsi;

  • İllik Büdcə hesabatlarının tərtibatına dəstək olunması;

  • Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlilərin aparılması, maliyyə sənədlərinin hazırlanması.

Tələblər

  • Maliyyə-Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin təşkil edilməsi üzrə bakalavr təhsili;

  • Maliyyə, hesabatlılıq, Büdcələmə, Audit sahısində 1,5-2 illik iş təcrübəsi;

  • Maliyyə məlumatlarının təhlilinin aparıması bacarığı;

  • Yüksək səviyyədə Microsoft Office bilikləri (Excel, Word);

  • Paralel şəkildə müxtəlif layihələri apara bilmə bacarığı;

  • Komanda da işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı, yeniliklərə açıq və öyrənməyə həvəsli;

  • İFRS sertifikatlarının olması (F3, F7) arzuolunandır.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

  • İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);

  • İş yeri: Bayıl (servis mövcuddur);

  • Könüllü tibbi sığorta;

  • Həyat yığım sığortası;

  • Push 30 proqramından 75% endirim ilə istifadə etmək imkanı;

  • LANDAU School-da uşaqların təhsilində xüsusi endirimlər;

  • Korporativ təlimlərə qatılma imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Landau Education Group

Landau Education Group

Education

2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9653

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya