Büdcə Planlaşdırılması şöbəsinin rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 4 iyun 2026
Təsvir
İllik, rüblük və aylıq büdcə planlarının hazırlanması və konsolidasiyası
Büdcə icrasına nəzarət, faktiki və plan göstəricilərinin müqayisəli təhlili
Maliyyə sapmalarının analiz edilməsi və optimallaşdırma üzrə təkliflərin verilməsi
Rəhbərlik üçün müntəzəm maliyyə hesabatlarının və analitik təqdimatların hazırlanması
Gəlir və xərclərin proqnozlaşdırılması (forecasting) və risklərin qiymətləndirilməsi
Büdcələmə prosesləri üzrə daxili qayda və prosedurların hazırlanması və təkmilləşdirilməsi
Komandanın idarə olunması, iş bölgüsü və əməkdaşların performansının qiymətləndirilməsi
Audit proseslərində iştirak və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi
Digər şöbələrlə koordinasiya edərək strateji qərarların maliyyə əsaslandırılmasının təmin edilməsi
Tələblər
Iş təcrübəsi:Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi
Təhsil:Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)
Maliyyə sahəsi üzrə müvafiq sertifikatların olması
Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili arzuolunandır
MS Excel və digər ofis proqramlarında sərbəst işləmək bacarığı
Analitik düşünmə və məsuliyyətlilik
İş şəraiti:
5günlük
İstirahət şənbə, bazar
Ünvan: Xətai 34 (Luxen Plaza)
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
Şəhərin mərkəzində ofis
Bonus sistemi
Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15870
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000