Büdcə planlama və hesabatlıq şöbəsinin baş mütəxəssisi (IFRS üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 27 may 2026
Təsvir
Struktur bölmə: Maliyyə Departamenti
İşin təsviri:
Kənar audit üçün məlumatların və təsdiqnamələrin toplanması;
Kənar auditin illik yoxlanılmasında iştirak və maliyyə hesabatlarının doğruluğunun yoxlanması;
Bank müştərilərindən keçirilən kənar audit ilə əlaqəli sorğuların cavablandırlması;
Likvidliyin örtülməsi əmsalı hesabatının gündəlik hazırlanması və təqdim edilməsi;
Xalis sabit maliyyələşmə nisbətinə dair hesabatın hazırlanması;
Məlumatların açıqlanması hesabatının tərtib edilməsi;
Qiymətli kağızlar portfeli IFRS-ə uyğun olaraq tərtib edilməsi;
IFRS 9 hesabatının tərtibi və kənar auditə təqdim edilməsi;
IFRS 16 hesabatının tərtibi və kənar auditə təqdim edilməsi;
Prudensial hesabat IFRS 9 əsasında tərtib edilib portala yüklənməsi;
Mərkəzi Bankdan daxil olan sorğuların cavablandırılması;
Vergi orqanlarından onlayn kargüzarlıq sistemi vasitəsilə daxil olan məktub və sorğuların icrası.
Namizədə dair tələblər:
Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
İş təcrübəsi: Bank maliyyə və ya IFRS sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
Normativ biliklər: Bank mühasibatlığı, MHBS və IFRS standartları, Bankın normativ tələbləri üzrə praktiki biliklər;
Sertifikatlar: F7, DipIFR sertifikatı olması mütləqdir;
Xarici dillər: Rus və ingilis dilləri bilənlərə üstünlük verilir;
Kompüter bilikləri: Microsoft Office proqramları (xüsusilə Excel – yüksək səviyyədə);
Analitik düşünmə, hesabat hazırlama və məlumatların təhlili bacarığı;
Təşəbbüskarlıq, dəqiqlik, operativlik, yüksək məsuliyyətlilik və komandada işləmək qabiliyyəti.
Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini qeyd olunan elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “IFRS üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
Premium Bank
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18278
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə