Şirkətlərə Qayıt
Premium Bank

Premium Bank

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Premium Bank

Büdcə planlama və hesabatlıq şöbəsinin baş mütəxəssisi (IFRS üzrə)

Premium Bank

Tam Ştat
Orta Səviyyə

Struktur bölmə: Maliyyə Departamenti İşin təsviri: Kənar audit üçün məlumatların və təsdiqnamələrin toplanması; Kənar auditin illik yoxlanılmasında iştirak və maliyyə hesabatlarının doğruluğunun yoxlanması; Bank müştərilərindən keçirilən kənar audit ilə əlaqəli sorğuların cavablandırlması; Likvidliyin örtülməsi əmsalı hesabatının gündəlik hazırlanması və təqdim edilməsi; Xalis sabit maliyyələşmə nisbətinə dair hesabatın hazırlanması; Məlumatların açıqlanması hesabatının tərtib edilməsi; Qiymətli kağızlar portfeli  IFRS-ə uyğun olaraq tərtib edilməsi; IFRS 9 hesabatının tərtibi və kənar auditə təqdim edilməsi; IFRS 16 hesabatının tərtibi və kənar auditə təqdim edilməsi; Prudensial hesabat IFRS 9 əsasında tərtib edilib portala yüklənməsi; Mərkəzi Bankdan daxil olan sorğuların cavablandırılması; Vergi orqanlarından onlayn kargüzarlıq sistemi vasitəsilə daxil olan məktub və sorğuların icrası. Namizədə dair tələblər: Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi; İş təcrübəsi: Bank maliyyə və ya IFRS sahəsi üzrə minimum 3 il iş təcrübəsi; Normativ biliklər: Bank mühasibatlığı, MHBS və IFRS standartları, Bankın normativ tələbləri üzrə praktiki biliklər; Sertifikatlar: F7, DipIFR sertifikatı olması mütləqdir; Xarici dillər: Rus və ingilis dilləri bilənlərə üstünlük verilir; Kompüter bilikləri: Microsoft Office proqramları (xüsusilə Excel – yüksək səviyyədə); Analitik düşünmə, hesabat hazırlama və məlumatların təhlili bacarığı; Təşəbbüskarlıq, dəqiqlik, operativlik, yüksək məsuliyyətlilik və komandada işləmək qabiliyyəti. Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini qeyd olunan elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “IFRS üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.