Brand Face (PR nümayəndəsi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 8 iyun 2026

Təsvir

Şirkətimizin siması olacaq, eyni zamanda müəyyən PR öhdəliklərini yerinə yetirəcək enerjili və peşəkar namizəd axtarışındayıq!

Tələblər

  • Ali təhsil (aktyorluq, ictimaiyyətlə əlaqələr, jurnalistika və ya oxşar sahələr üzrə olması üstünlükdür);

  • Yüksək ünsiyyət və təqdimat bacarığı

  • Səliqəli və peşəkar görünüş

  • Komanda ilə işləmə və təşəbbüskarlıq

  • Videoçəkilişlərdə sima və ya aparıcı olaraq təcrübə

  • PR, marketinq və ya əlaqəli sahədə təcrübə üstünlükdür

  • Ölkədaxili və ölkəxarici ezamiyyətlərə açıq olmaq

​​​​​​​Vəzifə öhdəlikləri:

  • Şirkəti tədbirlərdə, görüşlərdə və ictimai platformalarda yüksək səviyyədə təmsil etmək

  • PR layihələri ilə bağlı video və foto (postlar) çəkilişləri təşkil və idarə etmək

  • Şirkətin məhsullarının çəkilişini həyata keçirmək, PR strategiyasına uyğun kontent və video materiallar hazırlamaq, çəkilişlərdə şirkətin siması olaraq iştirak etmək

  • Aylıq plana uyğun olaraq şirkəti müxtəlif regionlarda təqdim etmək və həmin regionlarda çəkilişlərin aparılmasını təşkil etmək

  • Şirkətin imicinin qorunmasını təmin etmək

  • Media və tərəfdaşlarla kommunikasiya qurmaq və əlaqələri inkişaf etdirmək

  • Şirkətin korporativ strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsinə dəstək olmaq

  • Şirkətin fəaliyyəti və xidmətləri haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması və yerləşdirilməsinə dəstək olmaq

  • Tədbirlərin təşkili və nəzarət edilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, açılış mərasimləri, sərgilər, təqdimatlar və s.); tədbirlər zamanı aktiv çəkilişlərin aparılması prosesinə nəzarət etmək

​​​​​​​​​​​​​​Nə təklif edirik?

  • Dinamik və inkişaf yönümlü iş mühiti

  • Şəxsi və peşəkar inkişaf imkanları

  • Beynəlxalq layihələrdə iştirak imkanı

​​​​​​​​​​​​​​İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 08:30-17:30;

  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Maraqlanan namizədlər qeyd olunan elektron poçt ünvanına “Brand face” yazaraq göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Prior Leasing

Prior Leasing

Finance

Prior Leasing Azərbaycanda lizinq xidmətləri göstərən şirkətdir. Şirkət 2014-cü ildə təsis olunub və rəsmi məlumata görə 2019-cu ildən aktiv fəaliyyətə başlayıb. Əsas istiqaməti müştərilərə operativ və rahat lizinq həlləri təqdim etmək, xüsusilə də sahibkarlar və yerli şirkətlər üçün texnika və avadanlıqların əldə edilməsini daha əlçatan etməkdir. Şirkət əsasən kənd təsərrüfatı texnikası və aqreqatları, suvarma sistemləri, soyuducu anbarlar, emal avadanlıqları, tikinti texnikası, eləcə də damazlıq iri və xırdabuynuzlu heyvanlar kimi məhsulları sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” yerli istehsalçılarla yanaşı Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrin istehsalçıları ilə əməkdaşlıq edərək geniş məhsul seçimi təqdim edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18286

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Satış mütəxəssisi (Xaçmaz filialı)

Tam Ştat

**İş yeri:**Xaçmaz filialı Namizədə olan tələblər: Ali təhsil; Bank sektorunda 2 il iş təcrübəsi; İşdə düzgünlük və operativlik; Komandada işləmək bacarığı; Məsuliyyət və diqqətlilik; Microsoft Office proqramlarında işləmək bacarığı; Sənədlərlə düzgün işləmə bacarığı. Vəzifə öhdəlikləri: Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək; Müştəri ilə görüş təşkil etmək, mövcud biznesin maliyyə təhlilini aparmaq və növbəti mərhələyə keçirmək; Sənədələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək; Memorandumları təsdiqləmədən öncə yığılmış məlumatları sənədlərlə üzləşdirib sistemdə yoxlamaq; Müştərinin ödəniş tapşırığı hazırlanması sifarişini vermək, sənədləri imza üçün çap edib müştəriyə təqdim etmək; CRM üzərindən müvafiq qeydləri aparmaq, aidiyyati üzrə sifariş vermək (qiymətləndirmə və sığorta); Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirilən ödənişlərə dair işləri daxili qaydalara uyğun aparmaq. **Qeyd:**şəxsi avtomobil və sürücülük vəsiqəsi mütləqdir (yanacaq və təmir xərcləri şirkət tərəfindən qarşılanacaq) İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün) İş saatları: 09:00-18:00 Karyera inkişafı imkanları **Əmək haqqı:**700-800 AZN + Bonus Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış mütəxəssisi (Xaçmaz filialı)” yazaraq Müraciət etdüyməsində göstərilən elektron poçt ünvanına və 050 273 04 92 whatsapp nömrəsinə və ya https://careers.ram.az/?vacancy=2159&source=UC_HBS8ZI linki vasitəsilə bir başa müraciət etmələri xahiş olunur.

Rəqəmsal Layihələr üzrə Mütəxəssis

Tam Ştat

Namizədə olan tələblər: Ali təhsil (Kompüter Elmləri, İnformasiya Texnologiyaları və b.); IT Biznes Analitik, Sistem Analitik, Texniki Analitik və ya İT dəstək üzrə admin kimi 1-2 il təcrübə; REST API, SQL, BPMN və ya UML üzrə praktik biliklər; İngilis dili (B1və üzəri); Proqramçılar üçün detallı və aydın texniki tapşırıq yazmaq bacarığı; Güclü analitika, yüksək diqqət və sistemli yanaşma; Komandada işləmə və stakeholder idarəetməsi bacarığı. Vəzifə öhdəlikləri: Bütün aktiv IT/digital layihələrin izlənməsi və koordinasiyası (prioritet, risk, asılılıqlar, timeline) ; Departamentlər və stakeholder-lərlə işləyərək tələblərin toplanması, görüşlərin aparılması, nəticələrin sənədləşdirilməsi; Vendor developer-lər üçün texniki sənədlərin hazırlanması: SRS/BRD, user story, acceptance criteria, proses təsvirləri; Proseslərin BPMN / UML ilə modelləşdirilməsi (as-is / to-be) ; API və inteqrasiyalar üzrə iş: Endpoint-lərin, payload-ların, autentifikasiya və error-handling tələblərinin analiz edilməsi; İnteqrasiya testlərinə dəstək, nəticələrin yoxlanması; Data yoxlamaları və analiz üçün SQL sorğularının yazılması/oxunması; CRM/ERP və digər sistemlərdə yaranan incident/error-ların araşdırılması, reproduksiya, log/toplanan məlumatların vendor/IT komandasına ötürülməsi və həllin izlənməsi; Zərurət olduqda dövlət qurumları və xarici şirkətlərlə yazışma/koordinasiya. İş şərtlərimiz: Əmək haqqı: müsahibə əsasında; İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Layihələr üzrə Mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2322&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.