Ana Səhifə
Vakansiyalar

Böyük məişət məhsullarının topdan satışı üzrə mütəxəssis

Böyük məişət məhsullarının topdan satışı üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 4 aprel 2026

Təsvir

  • Daxil olan sifarişlər əsasında tələbatın düzgün formalaşdırılması;

  • Müştərilərin tələblərinə əsasən təklif paketlərinin hazırlanması və alternativ məhsul çeşidlərinin təqdim edilməsi;

  • Topdan satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi üçün sənədləşmə üzrə inzibatçıya dəstək verilməsi;

  • Satış və satışdan sonrakı prosesin tam izlənilməsi;

  • Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün tədbirlərin görülməsi;

  • Ödənişlərin izlənilməsi, gecikən ödənişlər üzrə müştərilərə məlumat verilməsi və ödənişlərin yığılması;

  • Sifarişlərin qeydə alınması və çatdırılma prosesinin nəzarətdə saxlanılması;

  • Dövri hesabatların hazırlanaraq struktur rəhbərinə təqdim edilməsi;

  • Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;

  • Servis problemlərinin həll olunmasına nəzarət edilməsi;

  • Prays-listlərin hazırlanması.

İş şəraiti:

  • İş günləri: I-V günlər;

  • İş saatları: 09:00 – 18:00.

Tələblər

  • Ali təhsil (üstünlükdür);

  • Satış sahəsi üzrə minimum 1 il iş təcrübəsi (arzuolunandır);

  • Azərbaycan dili – səlis, rus dili – üstünlükdür, ingilis dili – arzuolunandır;

  • MS Office proqramları ilə işləmək bacarığı;

  • Analitik düşünmə və düzgün qərarvermə bacarığı;

  • Müştəriyönümlülük və güclü ünsiyyət bacarığı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10555

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya