Ana Səhifə
Vakansiyalar

Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis (Gəncə filialı)

Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis (Gəncə filialı)

Gəncə

Tam Ştat

Orta Səviyyə

400 - 1.000 AZN

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 7 fevral 2026

Təsvir

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;

  • İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;

  • Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;

  • Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;

  • Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;

  • Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Yaş həddi: 21-30

  • Ali təhsil

  • Universiteti bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;

  • Office proqramlarında işləmək bacarığı;

  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.

  • Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;

  • Müştərilərlə davranış etikası.

  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

  • Bank və yaxud qeyri bank sahəsində, kredit, call center sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

İş şəraiti:

  • Əmək haqqı – 400 azn (+1000 manata qədər və daha çox bonus imkanı və loyallıq proqramına əsasən mükafat)

  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);

  • Şənbə və bazar istirahət;

  • Nahar fasiləsi: 13:00 – 14:00;

Sizə nə təklif edirik?

  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;

  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;

  • Əmək haqqına mükafat və əlavə bonuslar;

  • İş ilinin tamamında vəzifə və əmək haqqı artımı;

  • Korporativ nömrəylə təmin edilmə;

  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;

  • Karyera və inkişaf perspektivləri;

  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

Maraqlanan şəxslər öz CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Gəncə şəh., Nizami ray. Əttarlar küç, 137; (012) 310 39 21

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4191

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə