Əməyin mühafizəsi üzrə mühəndis
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinə nəzarətin təşkili və həyata keçirilməsi;
Təhlükəli və zərərli istehsalat amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması üçün tədbirlərin görülməsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində qanunvericiliyin, norma və qaydaların icrasına nəzarət;
Bu sahədə baş verən dəyişikliklər barədə işçilərin müntəzəm və vaxtında məlumatlandırılmasının təşkili;
İşçilər üçün əməyin mühafizəsi üzrə təlimatların keçirilməsi və maarifləndirmə işlərinin aparılması;
Əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsinin təmin edilməsi və işçilərin sağlamlığının qorunmasına yönəlmiş perspektiv və illik tədbirlər planının hazırlanması və icrasına nəzarət;
Nəzarət və yoxlama orqanları ilə əməkdaşlıq etmək, tələb olunan sənədlərin hazırlanmasını təmin etmək.
Vakant vəzifə üzrə tələblər:
Mühəndislik ixtisası üzrə ali təhsil;
Universiteti yeni bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;
Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində səlist şifahi və yazılı ünsiyyət bacarığı;
Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
Analitik düşünmə, məsuliyyətlilik və ünsiyyət qurma bacarığı;
İş şəraiti:
İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
Şənbə və bazar istirahət;
Nahar fasiləsi: 13:00 – 14:00;
Sizə nə təklif edirik?
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
Karyera və inkişaf perspektivləri;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.
Maraqlanan şəxslər öz CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D;(012) 310 39 21