Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 29 may 2026
Təsvir
Bank məhsulları üzrə məhsul şərtlərinin təhlili, istifadənin izlənilməsi və satış həcmlərinin artırılması üçün təkliflərin hazırlanması;
Müştəri bazasının seqmentləşdirilməsi və satışların səmərəliliyinin aidiyyəti struktur bölmələrlə birlikdə təhlil olunması;
Bank məhsulları ilə bağlı daxil olan təkliflərin dəyərləndirilməsi, maraqlı tərəflərə yönləndirilməsi və data əsaslı rəy və təkliflərin hazırlanması;
Bankın biznes tərəfdaşları ilə əməkdaşlıq şərtlərinin müəyyən olunmasında iştirak və həmin şərtlərin mütəmadi səmərəlilik təhlilinin aparılması;
Kart məhsulları üzrə məhsul şərtlərinin təhlili, istifadənin izlənilməsi, satış və dövriyyənin artırılması üçün təkliflərin hazırlanması, habelə tarif və komissiyaların layihələndirilməsində iştirak;
Bankın əməliyyat tarif və komissiyalarında dəyişikliklərin layihələndirilməsi və aidiyyəti qurumlarda müzakirəyə təqdim olunması.
Tələblər
Magistr təhsili;
Biznes analitikası, məhsul idarəetməsi və bank məhsulları üzrə minimum 2 illik iş təcrübəsi;
Analitik düşünmə qabiliyyəti, güclü təhlil və riyazi bacarıqlar, məlumat təhlilinin bütün mərhələlərini idarəetmə bacarığı;
Hesabatlılıq və təqdimat bacarıqları;
MS Excel-də peşəkar səviyyədə işləmə bacarığı;
Komanda işinə uyğunlaşma və bankın müxtəlif funksional strukturları ilə əməkdaşlıq bacarığı;
Ünsiyyətcil, təşəbbüskar və yüksək təqdimat bacarığı;
İşdə dəqiqlik, detallara diqqət və məsuliyyətlilik;
Azərbaycan dilində səlis, ingilis dilində yaxşı səviyyədə biliklər.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Xalq Bank
Finance
Xalq Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və həm fərdi, həm də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank 2004-cü ildə fəaliyyətə başlayıb və qısa müddətdə ölkənin bank sektorunda etibarlı maliyyə institutlarından birinə çevrilib. Xalq Bank kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank məhsulları ilə xidmət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovativ bankçılıq həlləri və etibarlılıq prinsiplərini əsas tutur. Xalq Bank rəqəmsal xidmətlərin inkişafına xüsusi önəm verir və internet/mobil bankçılıq platformaları vasitəsilə istifadəçilərə sürətli və rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17427
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000