Biznes kreditlərinin monitorinqi bölməsinin Baş Mütəxəssisi/ Aparıcı Mütəxəssisi
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
Bankın SME kredit portfeli üzrə davamlı monitorinq və müştəri davranışlarının təhlili;
Kredit portfelində risklərin vaxtında aşkarlanması və erkən xəbərdarlıq siqnallarının (EWS) müəyyən edilməsi;
Müştərinin maliyyə göstəricilərinin dövri əsasda yenilənməsi və təhlil edilməsi (DSCR, dövriyyə, debitor/kreditor borcları və s.);
Müştəri öhdəliklərinin yerinə yetirilməsinə nəzarət – gecikmələrin, restrukturizasiyaların və qeyri-standart hallarının təhlili;
Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsi ilə bağlı nəzarət və hesabatlılıq;
Problemli kreditlər üzrə ilkin diaqnostika və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması;
Sahə monitorinqlərinin təşkili və müştərinin biznes fəaliyyətinin real vəziyyətinə dair yoxlamaların aparılması;
Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zəruri hallarda yenilənməsinə nəzarət;
Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər
Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
Kreditlərin monitorinqi və/və ya maliyyə təhlili sahəsində ən azı 2 il iş təcrübəsi;
Kredit portfeli üzrə risklərin idarə olunması və siqnal analizləri üzrə biliklər;
Bank sektoru və Mərkəzi Bankın normativ sənədləri üzrə baza biliklər;
Sahə yoxlamalarında iştirak və yerli bizneslərin fəaliyyət prinsipləri barədə məlumat üstünlükdür;
Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17366
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+