Biznes Analitik - Retail office
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Bu rolun əsas məqsədi, bank daxilində məlumatların (data) effektiv idarə olunması və təhlili vasitəsilə biznes qərar qəbuletməni dəstəkləmək, və analitik yanaşmalarla strateji fəaliyyətin optimallaşdırılmasına töhfə verməkdir.
' ' +
Ali təhsil (Riyaziyyat, İT, Kompüter Elmləri və ya müvafiq sahə üzrə);
İri həcmli məlumat bazaları və Advanced SQL sorğu dili ilə işləmək bacarığı;
Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı
Data analitika alətlərindən (Python, R və s.) ən azı biri ilə işləmə bacarığı;
Yaxşı səviyyədə MS Excel bilikləri;
Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə İngilis və Rus dili bilikləri;
Analitik düşünmə, böyük həcmli məlumatlarla işləmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
' ' +
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
' ' +
Fərqli verilənlər bazalarından data çəkərək Oracle BI mühitində mərkəzləşdirilmiş hesabatlar və idarəetmə panelləri (Dashboards) hazırlamaq;
Böyük data həcmi ilə işləyən, gecikən və yüksək resurs aparan hesabatların SQL sorğularını analiz etmək və performansını (Performance Tuning) təmin etmək;
Biznes tərəfindən daxil olan müraciətlər əsasında mövcud SQL skriptlərində dəyişikliklər etmək, xətaları diaqnostika edib aradan qaldırmaq;
Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil etmək, aparılmış analizlər əsasında hesabat və təkliflər hazırlamaq;
Data analitikası sahəsindəki yenilikləri izləmək, innovativ həlləri tətbiq etmək və data əsaslı fəaliyyət strategiyaları üzrə təkliflər vermək;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18652
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+