Biznes Analitik (Biznes məlumatlarının təhlili üzrə mütəxəssis)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Biznes tələblərini hesabatlara və/və ya idarəetmə panellərinə (dashboards) çevirmək;
Power BI vasitəsilə (digər vizuallaşdırma alətlərindən də istifadə arzuolunandır) keyfiyyətli hesabat və məlumat vizuallaşdırma həllərini layihələndirmək
Müxtəlif statistik metodlardan istifadə edərək məlumatların analiz nəticələrini şərh etmək;
Müxtəlif mənbələrdən məlumatların çıxarılması və tədqiqatını idarə etmək;
Bazardakı imkanlar, risklər, müxtəlif mövzular və trendlər üzrə analizlər aparmaq və hesabatlar hazırlamaq;
Tədqiqat və analiz nəticələrini icra oluna bilən fəaliyyət planlarına çevirmək;
Cari biznes strategiyası çərçivəsində tətbiq olunan taktikalar üzrə əsaslandırılmış tövsiyələr və zəruri korreksiyalar təklif etmək;
Şirkətin cari performansı barədə müntəzəm biznes analizi hesabatlarını hazırlamaq;
Analiz nəticəsində əldə edilmiş tapıntıları və anlayışları biznes rəhbərlərinə və maraqlı tərəflərə şifahi və yazılı formada peşəkar şəkildə təqdim etmək.
Namizədə qoyulan tələblər:
İqtisadiyyat, Biznes, Riyaziyyat, Statistika, Maliyyə və əlaqəli sahələr üzrə ali təhsil
Böyük həcmli məlumatlarla işləmə bacarığı
Baza maliyyə və mühasibatlıq bilikləri;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (İngilis dilini texniki səviyyədə bilməsi mütləqdir.);
Güclü MS PowerPoint və MS Excel bacarıqları, hesabat xarakterli təqdimatların hazırlanması təcrübəsi;
Detallara qarşı diqqətli və yaradıcı yanaşma;
Yüksək Power BI, Python/R bilikləri, digər proqram təminatları və proqramlaşdırma dilləri üstünlükdür.
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi tələb olunur.
İş şəraiti:
Ofis daxili;
İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar xərcinin təmin olunması;
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Mpay MMC
Finance
MPay MMC Azərbaycanda fəaliyyət göstərən elektron ödəniş və fintex şirkətidir. Şirkət istifadəçilərə mobil tətbiq və rəqəmsal platforma vasitəsilə müxtəlif ödəniş əməliyyatlarını həyata keçirmək imkanı yaradır. MPay əsasən kommunal xidmətlər, mobil operator ödənişləri, internet, kredit və digər xidmət haqlarının rahat və sürətli şəkildə ödənilməsini təmin edir. Şirkət fəaliyyətində təhlükəsizlik, innovasiya və istifadəçi rahatlığı prinsiplərini əsas tutur. MPay MMC rəqəmsal maliyyə həllərinin inkişafına fokuslanaraq nağdsız ödənişlərin genişlənməsinə, elektron ticarətin dəstəklənməsinə və ölkədə fintex ekosisteminin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9347
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500