Biznes analitik

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 1 may 2026

Son Tarix: 15 may 2026

Təsvir

Biznes proseslərinin idarəedilməsi və optimallaşdırılması mərkəzi, Biznes analitika bölməsi

Vəzifə Öhdəlikləri:

  • Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi və optimizasiya təkliflərinin hazırlanması;

  • Proses dəyişiklikləri ilə bağlı tələblərin əlaqəli tərəflərə anlaşılan formada ötürülməsi;

  • Məhsul və şirkət proseslərinin inkişafı üçün innovativ yanaşmaların təklif edilməsi;

  • Proseslərin optimallaşdırılması üçün beynəlxalq standartların və rəqəmsal həllərin araşdırılması və tətbiq edilməsi;

  • Proseslərin effektivliyinin monitorinq və analiz əsasında ölçülməsi;

  • Proseslərin və məlumatların daxili normativ sənədlərdə düzgün əks etdirilməsinin təmin edilməsi;

  • Proseslər üzrə blok-sxemlərin hazırlanması və təkmilləşdirilməsi;

  • Məhsullar üzrə sənədlərin hazırlanması və məlumatların tamlığının təmin edilməsi;

  • Proseslərin inkişafına dair təkliflərin şirkət daxilində paylaşılması və müzakirə edilməsi;

  • Test ssenarilərinin yazılması və testlərin həyata keçirilməsi;

  • Proseslərdə risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;

  • Audit nəticələri və risk insidentləri üzrə problemlərin aradan qaldırılması üçün tədbirlərin görülməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Biznes analitika sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.

  • Təhsili: İqtisadiyyat, Maliyyə, Menecment, İT və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi

  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta , Rus dili:orta

  • Üstünlüklər: Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar

  • Kompüter bilikləri: MS Office:əla

  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;

  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;

  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;

  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;

  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;

  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15614

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Satınalma şöbəsinin baş mütəxəssisi

Tam Ştat

Vəzifə Öhdəlikləri: Sifarişçi tərəfindən daxili ERP sistem üzərində satınalma ilə bağlı daxil olan müraciətlərin təhlil edilməsi və təsdiq olunması; Sifarişin strukturlarla texniki və spesifikasiya məlumatlarının dəqiqləşdirilməsi; Satınalma ilə bağlı tədarükçülərə sorğuların e-mail vasitəsilə (0–5000 AZN) və e-procure platforması üzərindən (5000 AZN-dən yuxarı) göndərilməsi və vaxtında icrasına nəzarət edilməsi; Təchizatçıların araşdırılması zamanı sənədlərinin toplanması (Nizamnamə, Çıxarış, VÖEN, imza səlahiyyətlərini təsdiq edən sənəd, portfolio və digər sənədlər). Yeni təchizatçıların e-procure platformasında qeydiyyatdan keçməsi üçün məlumat məktubunun göndərilməsi; Daxil olan və uyğun seçilən yeni təchizatçıların qiymət təkliflərinin daxili ERP xidmət sifarişi moduluna yüklənməsi (e-mail və e-procure platformasından alınan təkliflər üzrə); Təkliflərin dəyərləndirilməsi prosesinin aparılması; Təchizatçı ilə müqavilənin olub-olmamasının dəqiqləşdirilməsi, müqavilə olmadığı və ya müddəti bitdiyi təqdirdə sənədləşmə işləri ilə bağlı təchizatçıya müraciət edilməsi; Müqavilə, QRP, təhvil-təslim və digər əlavələrin razılaşdırılması, hazırlanması və hüquq departamenti tərəfindən yoxlanılması; Təchizatçı tərəfindən daxil olan və ESD-yə yüklənmiş sənədlərin yoxlanılması, təsdiq edilməsi və prosesin sonadək izlənməsi; Korporativ kart ilə alınacaq sifarişlərin icra edilməsi; Alınmış malların vaxtında anbara təhvil verilməsinə nəzarət edilməsi; Korporativ mobil və ASAN nömrələrin təmin olunması ilə bağlı prosesin aparılması və danışıq xərclərinin daxili ERP sistemə yüklənməsi; Əsas vəsaitlərin və nəqliyyat vasitələrinin satışa çıxarılması ilə bağlı prosedura uyğun prosesin aparılması və icra edilməsi; Satınalma ilə bağlı təchizatçılarla görüşlərin keçirilməsi; Satınalma fəaliyyəti prosesində Qrupun siyasət və prinsiplərinə riayət olunmasının təmin edilməsi; Qrupdaxili satınalma strategiyası və siyasətinin bütün satınalma fəaliyyətində tətbiq edilməsi; Satınalma işinin təkmilləşdirilməsi məqsədilə yeni təkliflərin rəhbərliyə təqdim edilməsi; Fəaliyyət zamanı əməliyyat riski və ya insident aşkar edildikdə, müvafiq daxili normativ sənədlərə uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi. Namizədə olan tələblər: İş təcrübəsi: Satınalma sahəsi üzrə 5 ilədək iş təcrübəsi tələb olunur. Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla Kompüter bilikləri: MS Office:əla Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı. Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

IT dəstək üzrə mütəxəssis/ IT xidmətləri və dəstək departamenti, IT dəstək söbəsi

Tam Ştat

Vəzifə Öhdəlikləri: Şirkətin bütün struktur bölmələrinin əməkdaşlarının kompüter avadanlıqlarında və proqram təminatında meydana çıxan istənilən nasazlıqların aradan qaldırılması üçün texniki yardımın göstərilməsi və qüsurların qarşısını almaq məqsədilə təcili tədbirlər görülməsi; Printer, skaner və digər periferiya qurğuların quraşdırılması və texniki qulluğun göstərilməsi; Daxil olan müraciətlərin sistemdə qeydiyyatının aparılması və operativ həll edilməsi; Yeni əməkdaşlar üçün kompüter və avadanlıqların quraşdırılması, şəbəkədə tanınmasının icra edilməsi; İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi; Lazımi yeni lisenziyaların, proqram təminatının, avadanlıqların və digər İT sifarişlərin həyata keçirilməsi işinin təşkil edilməsi; İnformasiya texnologiyaları infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işlərin görülməsi; Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işinin təşkil edilməsi; Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və şirkətin struktur bölmələrinin sifarişlərinin vaxtında və lazımi səviyyədə icra edilməsi. Namizədə olan tələblər: İş təcrübəsi: İT sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur. Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:orta Kompüter bilikləri: MS Office: orta Üstünlüklər: Çağrı Mərkəzi sistemləri üzrə iş təcrübəsi; ADDS, DNS, DHCP, GPO və s. sistemləri üzrə iş təcrübəsi; File Server, Print Server, WSUS, WDS Server üzrə iş təcrübəsi; İnfrastruktur monitoring sistemləri üzrə iş təcrübəsi; TCP/IP networking (subnets, firewall rules və s.) anlayışı; Windows server versiyalarında və/və ya Azure texnologiyalarında Microsoft sertifikatların olunması. Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları Maraqlanan namizədlər göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Data üzrə mühəndis/ Data mərkəzi, Data mühəndisliyi bölməsi

Tam Ştat

Vəzifə Öhdəlikləri: SQL və Python dillərindən istifadə etməklə məlumatların emalı və transformasyası; Məlumat axınlarının (ETL/ELT) yaradılması(Pentaho,SSIS və s), mövcud axınların monitor edilməsi,yaranmış problemlərin vaxtında analiz olunub aradan qaldırılması; Orkestrasiyavtomatlaşdırılmasının təmin edilməsi; Böyük həcmli məlumat texnologiyaları (Apache Spark və s.) ilə məlumatların emalı, transformasiyası və inteqrasiyası üzrə praktiki təcrübə edilməsi; Analitika və hesabatlılıq ehtiyaclarına uyğun məlumat anbarının inkişaf etdirilməsi, biznes tələnlərinə uyğun yeni modellərin yaradılması və optimallaşdırılması; Məlumat axınlarının dayanıqlığını artırmaq üçün xəta aşkarlama, loglama və bildiriş mexanizmlərinin qurulması; Məlumatların təsnifatı və təhlükəsizlik tələblərinə uyğun nəzarət mexanizmlərinin tətbiq edilməsi; Kodun versiyalaşdırılması, davamlı inteqrasiya və deployment proseslərinin idarə olunması üçün GitLab və digər CI/CD alətlərindən istifadə edilməsi. Namizədə olan tələblər: İş təcrübəsi: Data mühəndisliyi sahəsi  üzrə 1 il iş təcrübəsi tələb olunur. Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur. Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta Kompüter bilikləri: Proqramlaşdırma dilləri: SQL (T-SQL, PL/pgSQL), Python (Pandas, PySpark) ETL/ELT və Orkestrasiya: Apache Airflow, Pentaho Data Integration,SSIS Böyük həcmli məlumat texnologiyaları: Apache Spark Verilənlər bazası sistemləri: Microsoft SQL Server, PostgreSQL Məlumat anbarı və OLAP: SQL Server Analysis Services (SSAS), DWH dizayn prinsipləri (ODS, Staging, DWH, OLAP qatları) Vizualizasiya və hesabatlıq: Power BI Versiya nəzarəti və CI/CD: GitLab Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları Maraqlanan namizədlər göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.