Biologiya Müəllimi (rus bölməsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 22 mart 2026
Son Tarix: 18 aprel 2026
Təsvir
“Hədəf Steam Liseyi” MMC rus bölməsi üzrə təcrübəli və məsuliyyətli biologiya müəllimi axtarılır.
Vəzifə öhdəlikləri
Məktəbin tədris proqramı, şagirdlərin fərdi ehtiyaclarına uyğun olaraq biologiya dərslərinin planlaşdırılması və tədrisi;
Dərslərin rus dilində effektiv və anlaşılan şəkildə tədrisi;
Şagirdlərin bilik səviyyəsinin mütəmadi qiymətləndirilməsi və inkişafının izlənməsi;
Testlər, iş vərəqləri və dərs təqdimatlarının hazırlanması;
Müasir tədris metodları və texnologiyalarından istifadə etməklə dərslərin təşkili;
Sinifdə müsbət və effektiv tədris mühitinin yaradılması və sinif idarəetməsinin təmin edilməsi;
Şagirdlərin tədris nailiyyətlərinin mütəmadi qiymətləndirilməsi və nəticələrin izlənilməsi;
Şagirdlərə və valideynlərə müntəzəm və konstruktiv geribildirim verilməsi;
Məktəbdaxili iclaslarda, pedaqoji müzakirələrdə və digər akademik fəaliyyətlərdə iştirak.
Tələblər
Biologiya və ya müvafiq ixtisas üzrə bakalavr dərəcəsi (mütləqdir);
Rus dilini yüksək səviyyədə bilmə (rus bölməsində tədris aparmaq üçün);
Biologiya fənninin tədrisi üzrə minimum 1 il iş təcrübəsi;
Bacarıqlar və Səriştələr:
Fənn üzrə yüksək bilik səviyyəsi;
Vaxtın idarə edilməsi və komanda ilə işləmə bacarığı
Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma;
Güclü ünsiyyət və təqdimetmə bacarıqları;
Müsbət və peşəkar münasibət;
Effektiv sinif və zaman idarəetməsi bacarıqları.
Biz Nə Təklif Edirik
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
İş saatları: 08:00 – 17:00 (həftədə 5 gün);
56 gün ödənişli məzuniyyət;
Şirkət tərəfindən gündəlik nahar;
Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim;
Müntəzəm təlim və inkişaf proqramları;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Ünvan - Hədəf Liseyi Azadlıq korpusu olacaq - https://maps.app.goo.gl/75DP1X9Aa1ZgDVkN7
Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Hədəf STEAM Liseyi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11664
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə