Ana Səhifə
Vakansiyalar

Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis (Rus – İngilis dili)

Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis (Rus – İngilis dili)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 1 may 2026

Son Tarix: 30 may 2026

Təsvir

Vəzifə və öhdəliklər:

  • Beynəlxalq xəstə axınının təmin olunmasına dəstək göstərilməsi.

  • Müraciət edən xəstələrlə əlaqə saxlayaraq tələb etdikləri müalicələrlə bağlı yazılı və şifahi məlumatlandırmanın təmin olunması.

  • Əməliyyat zamanı və əməliyyatdan sonra  xəstələrlə maraqlanıb onların təqib olunması. Xəstə ödənişləri, korporativ ödənişlər kimi xəstəyə aid maliyyə proseslərinin təqib olunması.

  • Cavabdeh olduğu xəstələrin xəstəxana və oteldə yerləşdirilməsi zamanı onlarla maraqlanması və ya şifahi tərcümə ilə bağlı dəstək göstərilməsi.

  • Lazımi hallarda müəssisə daxilində tərcümə işləri ilə məşğul olacaq.

  • Sosial media, whatsapp, telefon və e-poçt mühitində iş tərəfdaşları, xəstələrlə ünsiyyətdə olacaq.

Tələblər

  • Ali təhsilli, rus və ingilis dilini səlis bilən, tibb sahəsində təcrübəsi olan və ya bu sahədə təhsil almış. Dil bacarıqlarından səlis istifadə etmək və əlavə dil biliklərinə malik olmaq üstünlükdür.

  • Təqdimat, təmsil etmə və inandırma bacarıqları inkişaf etmiş, sürətli və çevik iş saatlarına uyğunlaşa biləcək, Microsoft Office proqramlarını bilən.

  • Uzunmüddətli əməkdaşlıq düşünən namizədlər

  • Öyrənməyə və inkişaf etməyə həvəsli

  • Xarici pasiyentlərlə işləməyə maraqlı

Şəxsi keyfiyyətlər:

  • Ünsiyyət qurma bacarığı,  dəqiqlik və detallara fikir vermək qabiliyyəti,

  • Komandada işləməyi bacarmalı;

  • Analitik düşüncə qabiliyyəti;

  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;

  • Stresə davamlı.

  • Əmək haqqı təcrübəyə, bilik və bacarlqlara əsasən təyin ediləcək

Əmək haqqı:

  • Müsahibə əsasında namizədin bilik və bacarıqlarına, təcrübəsinə əsasən təyin olunacaq.

  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Liv Bona Dea Hospital

Liv Bona Dea Hospital

Healthcare

Liv Bona Dea Hospital Bakıda fəaliyyət göstərən özəl, çoxprofilli tibb müəssisəsidir və “Liv Hospital” şəbəkəsinin beynəlxalq yatırımlarından biri kimi tanınır. Xəstəxana Liv Medical Group ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir və xidmətlərini Avropa və Amerika səhiyyə standartlarına uyğun şəkildə təşkil edir. Xəstəxana müxtəlif tibbi istiqamətlər üzrə (diaqnostika, müalicə, ixtisaslaşmış həkim xidmətləri və s.) pasiyentlərə xidmət göstərir və həm yerli, həm də xarici vətəndaşların müraciət etdiyi tibb mərkəzlərindən biridir. Liv Bona Dea brendi xəstəyönümlü yanaşması, müasir tibbi infrastrukturu və multidisiplinar iş modeli ilə seçilir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15582

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya