Beynəlxalq Hesabatlılıq və MIS Departamentində Baş mütəxəssis / Menecer
Bakı,, PBT2, (Port, Baku, Tower, 2),
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 13 iyun 2026
Təsvir
' ' +
Maliyyə təhlili, bankçılıq və ya əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi
Maliyyə, İqtisadiyyat, Biznes İdarəçiliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür)
IFRS standartları üzrə yaxşı səviyyədə bilik
Maliyyə təhlili, investisiya qiymətləndirilməsi və biznes planlaşdırma bacarıqları
Maliyyə modelləşdirməsi və qiymətləndirmə (valuation) sahəsində güclü nəzəri və praktiki biliklər
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı
Excel və maliyyə modelləşdirmə alətləri üzrə yüksək səviyyədə bacarıq (PowerPoint və digər təqdimat alətləri ilə işləmə qabiliyyəti üstünlükdür)
SQL və analitik platformalarla (məsələn, DataIKU) işləmə təcrübəsi
Cari bank qaydaları, normativ dəyişikliklər və sahəyə dair təkliflərlə bağlı məlumatlılıq
Bazar trendləri və iqtisadi prinsiplər haqqında güclü anlayış
Yüksək analitik düşüncə, ünsiyyət və interpersonal bacarıqlar
Dinamik və sürətli iş mühitində işləmə bacarığı
Güclü problem həll etmə və tənqidi düşünmə bacarığı
Böyük həcmli məlumatlarla işləmə və detallara diqqət, güclü analitik düşüncə və kompleks məlumatları strukturlaşdırmaq bacarığı
Maliyyə nəticələrini şərh etmək və əsaslandırılmış nəticələr çıxarmaq qabiliyyəti
' ' +
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
' ' +
Strateji layihələrdə iştirak etmək, müvafiq maliyyə modellərinin hazırlanmasını, optimallaşdırılmasını və konsolidasiyasını həyata keçirmək;
IFRS standartları üzrə yaranan məsələlərin həllini təmin etmək, uçot siyasətlərinin hazırlanmasında iştirak etmək və metodoloji yanaşmaları tətbiq etmək;
Strateji maliyyə modellərinin hazırlanması, dövri yenilənməsi (aylıq, rüblük və yarımillik əsasda), eləcə də optimallaşdırılması və konsolidasiyasını icra etmək;
Rəhbərlik üçün dövri və ehtiyac əsasında (ad-hoc) hesabatlar, təqdimatlar və digər materiallar hazırlamaq;
Maliyyə təhlilləri aparmaq, o cümlədən maliyyə modelləşdirməsi, həssaslıq (sensitivity) və ssenari analizlərini həyata keçirmək;
Biznes planların, büdcələrin və uzunmüddətli maliyyə proqnozlarının (forecast) hazırlanmasında iştirak etmək;
Əsas maliyyə göstəricilərini təhlil etmək və nəticələri rəhbərliyə təqdim etmək;
Daxili və xarici auditorlarla əməkdaşlıq çərçivəsində yaranan məsələləri koordinasiya etmək və proseslərin icrasına nəzarət etmək;
Müəyyən edilmiş istiqamətlər üzrə dövri araşdırmalar aparmaq və nəticələri xülasə şəklində təqdim etmək;
Müxtəlif bank komitələri və müzakirə platformaları üçün təqdimatlar, analitik fayllar və qısa hesabat şərhləri hazırlamaq.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18651
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+