Beynəlxalq daşımalar üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 30 yanvar 2026
Son Tarix: 10 mart 2026
Təsvir
Beynəlxalq bağlama daşımalarının planlaşdırılması, təşkili və icrasına operativ nəzarətin həyata keçirilməsi;
Daşınma prosesinin bütün mərhələlərinin (pickup → transit → customs → delivery) koordinasiyası və fasiləsiz icrasının təmin edilməsi;
Daşınma zamanı yarana biləcək gecikmə, marşrut dəyişikliyi, yük itkisi və risk hallarının operativ idarə olunması;
Daşıma prosesində meydana çıxan operativ və sistematik problemlərin təhlili, səbəblərinin müəyyən edilməsi vəhəlli;
Daşıyıcılar, gömrük brokerləri və digər tərəfdaşlarla effektiv kommunikasiya və əməkdaşlığın qurulması;
Müqavilə şərtlərinə uyğun olaraq SLA və KPI göstəricilərinin icrasına nəzarət edilməsi və performansın qiymətləndirilməsi;
Beynəlxalq daşımalar üzrə əməliyyat, performans və analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Proseslərin optimallaşdırılması məqsədilə təkmilləşdirmə təkliflərinin hazırlanması.
Tələblər
Ali təhsil;
Kargo sahəsində minimum 1-2 il iş təcrübəsi;
Əməliyyat yönümlü logistika proseslərində praktik bilik;
Analitik düşüncə, operativlik və detallara diqqət;
Güclü ünsiyyət və koordinasiya bacarığı ;
Dil bilikləri Azərbaycan dili – səlis, Rus dili – yaxşı səviyyədə, İngilis dili – ən azı orta səviyyə.
Necə Müraciət Etmək Olar
Azərpoçt MMC
Other
Azərpoçt MMC Azərbaycanın dövlətə məxsus milli poçt operatorudur və respublika ərazisində geniş xidmət şəbəkəsi vasitəsilə bütün təbəqə və hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və müasir poçt, e-ticarət, logistika və maliyyə xidmətləri təqdim edir. Şirkət poçt göndərişləri, bağlamalar, sürətli məktub xidmətləri, pulköçürmələri və digər poçt-maliyyə əməliyyatlarını həyata keçirərək müştəri məmnuniyyətini əsas prioritet hesab edir. Azərbaycanın yeganə milli poçt xidməti operatoru kimi Azərpoçt 35 regional poçt filialı və bütün ölkə üzrə poçt şöbələri ilə xidmət göstərir və Beynəlxalq Poçt İttifaqının üzvüdür. Şirkət həmçinin ənənəvi poçt xidmətlərini rəqəmsal transformasiya ilə birləşdirərək mobil tətbiqlər, karqo xidməti, “Postamat” öz-özünə xidmət poçt qutuları və beynəlxalq ödəniş sistemləri ilə inteqrasiya olunmuş maliyyə xidmətləri də təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6953
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000