Baş Süni İntellekt mühəndisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
Milli Süni İntellekt Mərkəzi (NAIC), AZCON Holding-in tərkibində fəaliyyət göstərərək Azərbaycanda süni intellekt sahəsində tədqiqatların inkişafını və tətbiqini təşviq edir. Mərkəz, süni intellekt texnologiyalarının tətbiqi və miqyaslandırılması vasitəsilə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir. Hazırda biznes məqsədlərinə uyğun olaraq süni intellekt həllərinin layihələndirilməsi, inkişaf etdirilməsi və istehsal mühitinə tətbiqinin təmin edilməsi, eyni zamanda AI komandasının layihələrinə texniki liderlik etmək və yüksək səviyyədə qərarvermə proseslərini dəstəkləmək məqsədil Baş Süni İntellekt Mühəndisi axtarışındayıq.
Tələblər
Vəzifə öhdəlikləri:
AI sistemlərinin arxitekturasının hazırlanması və inkişafına rəhbərlik etmək
Model həyat dövrünü idarə etmək: data hazırlığı, təlim, qiymətləndirmə, deployment, monitorinq
Böyük dil modelləri (LLM), RAG sistemləri və digər qabaqcıl ML həllərinin layihələndirilməsi
Mühəndislik komandası ilə birlikdə end-to-end AI həllərinin qurulması
Kodun keyfiyyətinə nəzarət, code review və komanda üzvlərinə mentorluq
Data pipeline-ların və MLOps proseslərinin optimallaşdırılması
Texniki risklərin və ehtiyacların qiymətləndirilməsi, rəhbərliyə məsləhət verilməsi
Tələb edilən texniki bilik və bacarıqlar:
Sahə üzrə 5 il iş təcrübəsi
Python üzrə yüksək səviyyəli bilik və istehsal yönümlü proqramlaşdırma bacarıqları
Dərin öyrənmə, ML alqoritmləri, LLM-lər və generativ AI texnologiyaları üzrə dərin bilik
PyTorch və/və ya TensorFlow-da peşəkar səviyyədə işləmə bacarığı
Model optimizasiyası texnikaları üzrə dərin biliklər (quantization, pruning, knowledge distillation, ONNX, TensorRT)
Synthetic data generation və data augmentation texnikaları üzrə təcrübə
Multi-GPU və paylanmış (distributed) model təliminin qurulması və optimallaşdırılması
RAG, vektor bazaları (FAISS, Milvus, Vespa və s.) ilə təcrübə
MLOps: Docker, Kubernetes, CI/CD, FastAPI, monitorinq və loglama sistemləri üzrə dərin bilik
Komanda idarəetməsi və mentorluq bacarığı
Necə Müraciət Etmək Olar
National Artificial Intelligence Center
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15878
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə