Baş Şəbəkə administratoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 6 aprel 2026
Təsvir
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Baş Şəbəkə administratoru
Vəzifə üzrə tələblər:
Ali təhsil (texniki təhsil arzuolunandır);
Şəbəkə və şəbəkə təhlükəsizliyi sahəsində minimum 5 il praktiki iş təcrübəsi;
Cisco CCNA, CCNP Enterprise (ENCOR, ENARSI), CCNP Data Center, PCNSE sertifikatlarına malik olmaq üstünlükdür;
Palo Alto Firewall sistemləri ilə dərin praktiki təcrübə (policy design, security profiles, NAT, VPN, HA, troubleshooting, QoS);
Cisco Router və Switch infrastrukturu ilə iş təcrübəsi (Routing, Switching, VRF, OSPF, BGP);
Cisco ACI mühitində əsas anlayışlar və əməliyyat bacarıqları (fabric, tenant, EPG, contracts);
Cisco ISE ilə iş təcrübəsi (802.1X, NAC, profiling);
Firewall və şəbəkə təhlükəsizliyi konsepsiyalarını yaxşı səviyyədə bilmək
VPN texnologiyaları üzrə təcrübə (IPsec Site-to-Site, Remote Access VPN);
Load Balancing sistemləri ilə iş bacarığı (Citrix NetScaler/ADC);
VoIP sistemləri üzrə anlayış və praktiki təcrübə (3CX, Cisco CUCM);
Wireless şəbəkələr üzrə biliklər;
Şəbəkə ilə bağlı texniki sənədləşmə və diaqramların hazırlanması və yenilənməsi bacarığı;
Kritik infrastruktur mühitində işləmək təcrübəsi;
İngilis dili – texniki səviyyədə (dokumentasiya oxuma, vendor support ilə ünsiyyət);
Komandada işləmək, analitik düşüncə və problem həll etmə bacarığı.
Vəzifə üzrə öhdəliklər:
Şirkətin mövcud şəbəkə və təhlükəsizlik infrastrukturunun dizaynı, konfiqurasiyası və idarə edilməsi;
Palo Alto firewall-lar üzərində gündəlik əməliyyatlar, optimizasiya və təhlükəsizlik siyasətlərinin idarə olunması;
Cisco Router, Switch, ACI və ISE sistemlərinin konfiqurasiyası və texniki dəstəyi;
Şəbəkənin 7/24 yüksək əlçatanlıq və stabil fəaliyyətinin təmin edilməsi;
Kritik hallarda nasazlıqların sürətli diaqnostikası və aradan qaldırılması;
Proaktiv monitorinq, profilaktik texniki baxış və optimallaşdırma işlərinin aparılması;
Şəbəkə təhlükəsizliyi risklərinin analiz edilməsi və aradan qaldırılması;
Vendor və texniki dəstək komandaları ilə koordinasiya;
Dəyişikliklərin idarə edilməsi (change management) və sənədləşdirilməsi;
Şəbəkə üzrə standartlar, prosedurlar və texniki dokumentasiyanın hazırlanması və yenilənməsi.
Namizədlər qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Azericard
Finance
AzeriCard (Azərikard MMC) — Azərbaycanın bank sektorunda ödəniş kartları üzrə xidmətlər göstərən ilk və ən böyük prosessinq mərkəzlərindən biridir. Şirkət 1996-cı ildən fəaliyyət göstərir və bank kartları ilə aparılan əməliyyatların emalı, idarə edilməsi və təhlükəsiz şəkildə həyata keçirilməsi üzrə ixtisaslaşıb. “Azərikard” MMC eyni zamanda Visa, MasterCard, American Express, Diners Club, UnionPay və JCB kimi beynəlxalq ödəniş sistemləri tərəfindən sertifikatlaşdırılmış prosessinq mərkəzi kimi tanınır və həm Azərbaycanda, həm də ölkə xaricində bir sıra banklara prosessinq xidmətləri göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10486
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500