Ana Səhifə
Vakansiyalar

Baş mütəxəssis / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / Risklərin idarəolunması sektoru

Baş mütəxəssis / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / Risklərin idarəolunması sektoru

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 19 mart 2026

Təsvir

Vakansiyaya dair tələblər:

  • Cəmiyyətdə risklərin idarəolunması siyasətinin tərtib edilməsində, Cəmiyyətdə risk mədəniyyətinin formalaşdırılmasını və qorunub saxlanılmasını, bu sahədə Cəmiyyətin struktur bölmələri, idarə, nümayəndəlik və filialların məlumatlılığının təmin edilməsində iştirak etmək və Sektor müdirinə təkliflər təqdim etmək;

  • Şöbənin və Sektorun müvafiq qısa və uzunmüddətli məqsədlərinə nail olmaq üçün sektorun fəaliyyətinə dair mütəmadi hesabatları tərtib etmək və sektor müdirinə təqdim etmək;

  • Risklərin idarəolunması üzrə güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək, bu sahənin təkmilləşdirilməsi prosesində sektor müdirinin tapşırıqlarını icra etmək;

  • Cəmiyyət fəaliyyəti çərçivəsində risklərin müəyyən edilməsini, qiymətləndirilməsini, prioritetləşdirilməsini, risklərə qarşı cavab tədbirlərinin görülməsini və risklər üzrə monitorinqlərin aparılmasını, habelə bu sahədə hesabatlığı təmin etmək, nəticələri barədə hesabatlar tərtib etmək və Sektor müdirinə təqdim etmək;

  • Cəmiyyətin fəaliyyətində risklərin idarəolunması üzrə mexanizmlərin və Cəmiyyətin risk iştahasının formalaşdırılmasında iştirak etmək, habelə bu sistem mexanizmlərin işləkliyini və davamlı olaraq inkişaf etdirilməsində Sektor müdirinə dəstək göstərmək;

  • Aidiyyəti hesabatları hazırlamaq və sektor müdirinə təqdim etmək.

Tələblər

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili (səlis), İngilis və Rus dilləri (yaxşı);

  • Microsoft Office, digər audit və statistik proqramlar üzrə biliklər;

  • Yüksək riyazi analiz qabiliyyəti və analitik düşünmə;

  • Risk əsaslı yanaşma, 1C ERP;

  • Maliyyə Hesabatları üzrə biliklər;

  • Ezamiyyətlərə getməyə hazır olmalı;

  • Müxtəlif peşə kvalifikasiyalarına (CRMA, CIA, ACCA, və s.) malik olmaq arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil - İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə

  • Müvafiq sahə üzrə təcrübə müddəti: Ən azı 3 il

  • Ümumi təcrübə müddəti: Ən azı 3 il

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.

  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.

  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.

  • Nəqliyyat xidməti.

  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9169

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sektor müdiri / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / Etika və uyğunluq sektoru

Tam Ştat

**İş yeri:**Bakı şəhəri **İş növü:**Tam ştat Vakansiyaya dair tələblər: Sektorun iş fəaliyyətini təşkil etmək, sektor əməkdaşları arasında iş bölgüsünü səmərəli təşkil edilməsində şöbə müdirinə dəstək olmaq; Sektor işçiləri tərəfindən tapşırıqların icra olunmasının keyfiyyətini yoxlamaq və nəzarət etmək; Sektor daxilində iş keyfiyyətinin qiymətləndirilməsinin mexanizmləri barədə şöbənin müdir müavininə təkliflər təqdim etmək; Cəmiyyətin fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə təhlilləri və araşdırmaları səmərəli aparmaq, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və Şöbə müdir müavininə təqdim etmək; Güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi ilə bağlı Şöbə müdir müavininə təkliflər vermək, daxili nəzarət sisteminin təkmilləşdirilməsi prosesində Şöbə müdirinin tapşırıqlarını icra etmək; Şöbənin qısa və uzunmüddətli məqsədlərinə nail olmaq üçün sektorun fəaliyyətinə dair mütəmadi hesabatları yoxlamaq və Şöbə müdirinin müavininə təqdim etmək; Korrupsiya xarakterli hallara və nəzarət mexanizmlərində boşluqlara qarşı adekvat mübarizə, həmçinin effektiv tənzimləməni əhatə edən xüsusi daxili nəzarət sistemin formalaşdırılması və bu istiqamətdə araşdırılmaların aparılması üzrə Şöbə müdir müavininə dəstək göstərmək, bu istiqamətdə sektor əməkdaşlarının işini yoxlamaq və bu sistemin mütəmadi olaraq təkmilləşdirməsi üçün Şöbənin müdir müavininə təkliflər təqdim etmək; Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmərəli fəaliyyətin həyata keçirilməsi məqsədi ilə effektiv mexanizmlərin əks olunduğu daxili normativ sənədləri təkmilləşdirmək; Cəmiyyətin fəaliyyətində daxili nəzarət üzrə mexanizmlərin formalaşdırılmasını, habelə bu sistem mexanizmlərin işləkliyini və davamlı olaraq inkişaf etdirilməsinində Şöbə müdir müavininə dəstək göstərmək; Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli və beynəlxalq qabaqcıl təcrübəni öyrənmək və uyğun yeniliklərin tətbiqi məqsədilə Şöbə müdir müavininə təkliflər vermək; Aidiyyəti hesabatları hazırlamaq və Şöbənin müdir müavininə təqdim etmək.

Mühəndis - Geoloq / CİL zavodu

Tam Ştat

Vakansiyaya dair tələblər: Geoloji tədqiqatların aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq; Torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək; Yeraltı şəraitlərində sürüşmə, çökmə və ya geodinamikaktivlik kimipotensial geolojiobyektləri müəyyənləşdirmək; Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək; Geoloji xəritələr, profillər və model eskizləri hazırlamaq; Mühəndislik layihələndirməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək; Layihələndirmə və planlaşdırmaya dəstək; Bünövrələr, yamaclar, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək; Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək; Risk qiymətləndirməsinin aparılması; Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək; Hesabatlar hazırlamaq, tapıntıları rəhbərliyə və sifarişçiyə təqdim etmək; Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq; Texniki hesabatların hazırlanması; Tikinti və qazıntı işlərinə nəzarət etmək, təhlükəsizlik və keyfiyyət standartlarının qorunmasını təmin etmək Zərurət olduqda torpaq və süxurların vəziyyətini sadə modellərlə göstərmək, rəqəmsal modellərlərdə analiz aparmaq.